Əməyin mühafizəsi üzrə mühəndis
Posted 12 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarının tətbiqinə və icrasına nəzarət etmək;
- İstehsalat sahələrində mütəmadi yoxlamalar aparmaq, riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
- İş yerlərində risk qiymətləndirilməsini həyata keçirmək və müvafiq sənədləşməni aparmaq;
- İşçilər üçün ilkin, təkrar və növbədənkənar əməyin mühafizəsi üzrə təlimatlandırmaları keçirmək və qeydiyyatını təmin etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq;
- Dövlət qurumlarının yoxlamalarına hazırlıq işlərini həyata keçirmək və tələb olunan sənədlərin hazırlanmasını təmin etmək;
- Əməyin mühafizəsi üzrə daxili prosedur, təlimat və digər normativ sənədləri hazırlamaq və yeniləmək;
- İstehsalat avadanlıqlarının təhlükəsiz istismarına nəzarət etmək;
- Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Əməyin mühafizəsi, texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil;
- İstehsalat müəssisəsində analoji vəzifə üzrə iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlarını bilmək;
- Risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi sahəsində bilik və bacarıq;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.
İş şəraiti
- İş yeri: Sumqayıt
- İş rejimi: 5 günlük, tam iş günü
Şirkət təklif edir:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;
- Servis xidməti;
- Nahar əvəzi ödənişi.
Maraqlanan namizədlərdən e-poçtun mövzu hissəsində “Əməyin mühafizəsi üzrə mühəndis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
G 
Glassica
Emal sənayesi
Texniki şüşə məmulatları daxil olmaqla şüşə məmulatların istehsalı və emalı.