PI
PASHA Insurance

Əməyin mühafizəsi üzrə mütəxəssis

Posted 1 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Healthcare

About this role

PAŞA Sığorta ASC namizədləri Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətdə sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunmasına nəzarət edir, işçilərin təhlükəsiz iş mühitinin təmin edilməsində, əməyin mühafizəsi və təhlükəsizlik üzrə normativlərin tətbiqində və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Öhdəliklər

  • Sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunmasını təmin etmək və işçilər üçün təhlükəsiz iş mühitinə nəzarət etmək.
  • Şirkət işçilərinə sağlamlıq, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım bilikləri üzrə təlimatlandırma və maarifləndirmə aparmaq.
  • Bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təlim və təlimatların hazırlanması və keçirilməsi.
  • Lazımi hesabatların hazırlanması və təqdim edilməsi.
  • Vahid tələblərin və normaların müəyyən edilməsi, tətbiqi və zəruri nəzarətin təmin edilməsi.
  • Avadanlığın təhlükəsizlik normalarına riayət olunmasına və şirkət avtomobillərinin təhlükəsizlik ləvazimatlarının təmin edilməsinə nəzarət etmək.
  • İş yerində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin normativlərə uyğunluğunu təmin etmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik üzrə illik tədbirlər planının hazırlanması, razılaşdırılması və icrasını təmin etmək.
  • Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsini təşkil etmək.

Bilik və Bacarıqlar

  • İSO standartları və əmək təhlükəsizliyi qaydaları üzrə biliklər.
  • Komanda daxilində və minimal nəzarət altında işləmək bacarığı.
  • Ünsiyyət qurma, icraçılıq və təşəbbüskarlıq.
  • SƏTƏM üzrə müxtəlif sertifikatlar (İOSH, Yanğın təhlükəsizliyi, İlkin tibbi yardım və s.).
  • Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə, rus dili – yaxşı səviyyədə, ingilis dili biliyi isə üstünlük hesab olunur.

Təhsil və Təcrübə

  • Ali təhsil (Bakalavr) – Sənaye mühəndisliyi, Ekologiya mühəndisliyi və ya oxşar sahələr üzrə.
  • Texniki və təhlükəsizlik funksiyalarının icrasında minimum 3 il iş təcrübəsi.

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı.
  • Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları.
  • Şirkətin inkişafında və təhlükəsiz iş mühitinin formalaşdırılmasında birbaşa iştirak.
  • Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət.
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Similar jobs

: