E Engin LTD MMCEngin LTD MMC

Engin Satış Məktəbində Ödənişli təcrübə proqramı

Bakı Posted 0 mo ago Source
Full-time Sales
Monthly salary
Salary negotiable
Application deadline
22 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Engin LTD MMC “Engin Satış Məktəbi” proqramına start verir

Proqram haqqında:
“Engin Satış Məktəbi” iştirakçılara FMCG sektorunda real iş mühitini yaxından tanımaq, peşəkar satış komandaları ilə çalışmaq və gələcək karyeraları üçün güclü təməl formalaşdırmaq imkanı yaradır.

Proqram çərçivəsində iştirakçılar:
– Real satış proseslərində praktiki təcrübə qazanacaqlar
– Təcrübəli mentor və rəhbərlərlə çalışacaqlar
– Müasir satış və müştəri idarəetmə yanaşmalarını öyrənəcəklər
– FMCG sektorunun dinamik iş mühitində iştirak edəcəklər
– Təlim və field coaching proqramlarına qoşulacaqlar
– Analitik və kommunikasiya bacarıqlarını inkişaf etdirəcəklər
– Güclü korporativ şəbəkənin bir hissəsinə çevriləcəklər

Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Kommersiya və əlaqəli ixtisaslar üstünlükdür)
– İş təcrübəsi: Vacib deyil
– Cins: Bəy namizədlər (hərbi mükəlləfiyyətli)
– Yaş həddi: 22–26 arası namizədlər
– Sürücülük vəsiqəsi üstünlükdür
– Rus və ingilis dili bilikləri üstünlükdür
– Satış və müştəri münasibətləri sahəsinə yüksək maraq
– Analitik düşünmə və operativ qərarvermə bacarığı
– Ünsiyyət və təqdimat bacarıqları
– Komandada işləmək bacarığı
– Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma
– İnkişafa və öyrənməyə açıq olmaq

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 08:00-dan 17:00-kimi
– Müddət: 3 ay
– İştirakçı sayı: 20 nəfər

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– Proqramı uğurla tamamlayan iştirakçılar Engin LTD MMC-də karyera imkanları əldə edəcəklər.

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Engin Satış Məktəbi” yazaraq [email protected] epoçt ünvanına ya da (055)455-49-89 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq

 

 
 

E Engin LTD MMC
Engin LTD MMC

Similar jobs

See all