ERP sistemləri üzrə mütəxəssis
Work mode Full-time Experience 1–3 years Category Sales
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Sahə nümayəndələrindən daxil olan SFA problemlərini qəbul etmək, prioritetləşdirmək və həll etmək;
- Yeni istifadəçilərin hesablarını yaratmaq, rol və icazələri təyin etmək, ayrılan əməkdaşların girişlərini bağlamaq;
- Məhsul kataloqu, SKU statusları, müştəri kartları və marşrut məlumatlarını sistemdə yaratmaq və yeniləmək;
- Mikro ERP FLY17 sistemində müştəri müqavilələrini, qiymət və ödəniş şərtlərini müəyyən olunmuş standartlara uyğun daxil etmək;
- Onboarding və təlim materialları hazırlamaq, yeni satış nümayəndələri və merçandayzerlər üçün fərdi təlimlər keçmək;
- Aktiv müqavilələr, bitmə tarixləri, məlumat kənarlaşmaları və daxil edilmiş əməliyyatlar üzrə dövri yoxlama və hesabat aparmaq;
- Həll olunmayan texniki və inteqrasiya problemlərini aidiyyəti İT komandasına vaxtında eskalasiya etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirməsi;
Xüsusi tələblər
- Ali təhsil, üstünlük biznes idarəçiliyi, informasiya texnologiyaları və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
- ERP sistemi ilə ən azı 1 il iş təcrübəsi; FMCG və ya pərakəndə satış mühiti üzrə təcrübə üstünlükdür;
- ERP, SFA və əlaqəli biznes proseslərini sistemli başa düşmək;
- Sertifikatlar: Tinda SFA, Mikro ERP FLY17;
- Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlikləri:
- Azərbaycan və ingilis dillərini işlək səviyyədə bilmək; MS Office, xüsusilə Excel-də intermediate səviyyədə bacarıq;
- Analitik düşüncə və məlumat uyğunsuzluqlarını operativ aşkar etmə bacarığı;
- İstifadəçilərlə effektiv kommunikasiya və təlim vermə bacarığı;
- Yüksək dəqiqlik, məsuliyyət və sənəd/əməliyyat intizamı, Məxfi məlumatların qorunması və şirkətin maraqlarına sadiqlik;
MIlla