AC Avant ConstructionAvant Construction

Fasad işləri üzrə mühəndis

Posted 20 h ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
16 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Fasad sistemlərinin (alüminium kompozit, keramika, havalandırılan fasad, şüşə, daş, boya və s.) layihə və texniki tələblərə uyğun icrasını təmin etmək;
  • Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, detallar) təhlil etmək və sahədə tətbiqini təmin etmək;
  • İş həcmlərinin düzgün hesablanması, smeta və material tələblərinin hazırlanmasında iştirak etmək;
  • Material və avadanlıq təchizatına nəzarət etmək, qəbul aktlarını və anbar uçotlarını yoxlamaq;
  • Montaj işlərinin ardıcıllığını planlaşdırmaq və qrafiklə uzlaşdırmaq;
  • Fasad üzrə işlərin icrasına dair “iş təlimatları” və “metod statement”lərin hazırlanmasında iştirak etmək.
  • Fasad işləri zamanı keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və istehsalat normalarına riayət olunmasına nəzarət etmək;
  • Görülən işlərin keyfiyyət aktlarının (IR, NCR, MIR və s.) tərtibində iştirak etmək;
  • Fasad səthlərində deformasiya, rəng fərqi, montaj uyğunsuzluğu kimi qüsurları vaxtında aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək.

Tələblər:

  • Ali texniki təhsil (müvafiq ixtisas: inşaat mühəndisliyi, memarlıq və ya oxşar sahə);
  • Fasad sistemləri, montaj texnologiyaları və material növləri barədə biliklər;
  • Layihə sənədləri (AutoCAD, PDF, Revit, Excel) ilə işləmək bacarığı;
  • Texniki hesabatların və iş qrafiklərinin hazırlanması təcrübəsi;
  • Komanda ilə işləmək, texniki nəzarət və problem həll etmə bacarıqları.

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Rəqabətli əmək haqqı 

Təklif edirik:

  • Şirkət tərəfindən təmin olunan nahar.  
  • Korporativ mobil nömrə.  
  • Şəxsi və peşəkar inkişaf üçün imkanlar
  • Böyüməkdə olan dinamik bir mühit;
  • Fikir və təşəbbüslərin dəstəkləndiyi çevik komanda.

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Fasad işləri üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AC Avant Construction
Avant Construction
Tikinti

Similar jobs

See all
Apply