IB International BOKTInternational BOKT

Filial müdiri / Filial müdirinin müavini

Posted 1 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Yeni açılacaq filiallarımızda yeni motivasiya ilə çalışmaq istəyən mütəxəssislərin nəzərinə!

Filiallar: Bakı şəhəri üzrə, Sumqayıt, Cəlilabad, Gəncə, Qazax, Sabirabad və Ağdaş

Vəzifə öhdəlikləri:

  • Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması;

  • Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil edilməsi;

  • Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət;

  • Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi;

  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi;

  • Filial əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi;

  • Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət;

  • Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;

  • Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;

  • Komandanı idarəetmə və liderlik bacarıqları;

  • Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;

  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Şirkət təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı;

  • Bonus və motivasiya sistemi;

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

E-poçtun mövzu hissəsində müraciət etdikləri vəzifə və filialın adı qeyd edilməlidir.

Məsələn: "Filial Müdiri/ Müdir müavini – Bakı" və ya  "Filial Müdiri/Müdir müavini – Qazax".

IB International BOKT
International BOKT
Maliyyə və sığorta fəaliyyəti

"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir . Həmin tarixdən etibarən…

Similar jobs

See all