Tam StoreTam Store

Full stack developer

Posted 14 h ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
1 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Əsas vəzifə öhdəlikləri:

  • C# və ASP.NET Core Web API texnologiyaları ilə backend hissənin hazırlanması;
  • React.js framework-u ilə frontend interfeyslərin yaradılması;
  • Verilənlər bazasının dizaynı və optimallaşdırılması (SQL və ya NoSQL);
  • RESTful API-lərin hazırlanması və inteqrasiyası;
  • Mövcud sistemlərin təkmilləşdirilməsi və problemlərin aradan qaldırılması;
  • Komanda ilə birgə çalışaraq layihələrin vaxtında tamamlanmasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • C#, ASP.NET Core, Entity Framework, LINQ, Web API texnologiyalarında bilik və təcrübə;
  • React.js, JavaScript/TypeScript, HTML5, CSS3, Bootstrap və ya Tailwind CSS üzrə bilik;
  • Git/GitHub ilə işləmə bacarığı;
  • Komanda şəklində işləmə və məsuliyyətlilik;
  • Texniki sənədlərlə işləmə və problemləri analiz etmə qabiliyyəti;
  • SQL Server, PostgreSQL və ya MongoDB bilikləri;
  • DevOps, Docker və ya CI/CD prosesləri ilə təcrübə;
  • İngilis dili biliyi (oxuma və texniki sənədlərlə işləmək üçün).

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil(Müvafiq sahə üzrə);
  • Minimum 3 il iş təcrübəsi (Full Stack və ya oxşar istiqamətdə).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Full stack developer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tam Store
Tam Store
Topdansatış və pərakəndə ticarət

“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə…

Similar jobs

See all