Gənclər və İdman Nazirliyi Gənclər Evi sosial xidmət müəssisəsində direktor işi
About this role
Gənclər və İdman Nazirliyi Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində direktor vəzifəsinə sənəd qəbulu elan edir.
Vakansiya: Direktor
Müəssisə: Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi
Namizədlərə dair tələblər:
Ali təhsilli olmalı;
Gənclərlə iş sahəsində minimum 2 il, ümumilikdə isə ən azı 3 il iş təcrübəsinə malik olmalı;
Yaşı 35-dən yuxarı olmamalı;
Minimum 1 xarici dil bilməlidir.
Təqdim olunacaq sənədlər:
Fotoşəkilli CV — iddia edilən vəzifənin adı qeyd olunmaqla;
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti;
Tərcümeyi-hal — elektron formada.
Sənədlər 5 iyul 2026-cı il tarixinədək elektron formada aşağıdakı ünvana göndərilməlidir:
Qeyd: Müraciətlərə baxıldıqdan sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yerləşdiyi məkan e-mailin “mövzu” hissəsində mütləq qeyd olunmalıdır.
