Hesabatvermə və analiz üzrə mütəxəssis
Posted 21 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Əsas vəzifə öhdəlikləri:
- Gəlir, xalis mənfəət və satış performansı kimi əsas fəaliyyət göstəricilərinii (KPI) izləmək məqsədilə hesabatların və panel tabloların hazırlanması;
- Satış proqnozlarının və büdcə planlarının hazırlanması prosesinə dəstəyin göstərilməsi;
- Qiymət strategiyalarının satışlara və mənfəətlilik göstəricilərinə təsirinin qiymətləndirilməsi;
- Promosiyalar, endirimlər və satış kampaniyalarının maliyyə effektivliyinin təhlil edilməsi;
- Məhsullar və məhsul kateqoriyaları (məsələn, təzə məhsullar, süd məhsulları, dondurulmuş məhsullar və s.) üzrə satış performansının təhlil edilməsi, yüksək və aşağı nəticə göstərən istiqamətlərin müəyyənləşdirilməsi;
- Aylıq satış və mənfəət göstəriciləri üzrə hesabatların, eləcə də rəhbərlik üçün təqdim olunan hesabat paketlərinin hazırlanmasına dəstəyin göstərilməsi;
- ERP sistemləri arasında məlumat inteqrasiyasının düzgünlüyünün yoxlanılması və təhlil edilməsi;
- Mühasibatlıq şöbəsi tərəfindən qeydə alınan əməliyyatların monitorinqinin həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması bacarığı;
- Müstəqil işləmək, prioritetləri müəyyənləşdirmək və son tarixləri (deadline) effektiv şəkildə idarə etmək bacarığı;
- ERP sistemləri ilə işləmə təcrübəsi;
- Power BI proqramı ilə işləmə bacarığı üstünlük hesab olunur.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Hesabatlılıq sahəsində minimum 1 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hesabatvermə və analiz üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tam Store
Topdansatış və pərakəndə ticarət
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə…