Heydər Əliyev adına Müasir Təhsil KompleksiHeydər Əliyev adına Müasir Təhsil Kompleksi

Hovuz Baxımı üzrə Mütəxəssis (Su Keyfiyyəti və Kimyəvi Nəzarət)

Posted 12 h ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
19 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

Tələblər:

  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsinə malik olmaq
  • Hovuz suyunun kimyəvi göstəriciləri (xlor, pH tənzimləyicisi, yosun əleyhinə vasitələr və s.) və onların normativlərə uyğun tətbiqi barədə biliklərə malik olmaq.
  • Su hovuzu avadanlıqları, nasoslar, filtrasiya sistemləri və mexaniki qurğular üzrə biliklərə sahib olmaq;
  • Texniki alət və avadanlıqlardan təhlükəsiz istifadə bacarığına sahib olmaq;
  • Texniki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması bacarığına sahib olmaq;
  • Əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydaları barədə məlumatlı olmaq;
  • Məsuliyyətli, səliqəli və nizam-intizamlı olmaq;
  • Fövqəladə və qəza hallarında operativ qərar vermək bacarığına sahib olmaq;

Öhdəliklər:

  • Hovuz suyuna tələb olunan kimyəvi maddələrin (xlor, pH tənzimləyicisi, yosun əleyhinə vasitələr və s.) normaya uyğun tətbiq edilməsini təmin etmək;
  • Üzmə hovuzunun filtrasiya sistemlərinə, nasoslara və digər texniki avadanlıqlara gündəlik nəzarət etmək;
  • Filtrasiya qurğuları və su nasosları üzrə profilaktik baxış və texniki xidmət işlərini yerinə yetirmək;
  • Üzmə hovuzu suyunun keyfiyyət göstəricilərini mütəmadi olaraq yoxlamaq;
  • Suyun standartlara uyğun saxlanılmasını təmin etmək;
  • Üzmə hovuzunun və ətraf sahələrinin təmiz saxlanılmasını təmin etmək;
  • İdman qurğularının və texniki avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək;
  • İş prosesində təhlükəsizlik norma və qaydalarına riayət etmək;
  • Əmək mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik tələblərinə riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında yerinə yetirmək.

Təklif edirik:

  • Rəqabətə davamlı əməkhaqqı 
  • Məktəb tərəfindən nahar
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərməli, mövzu hissəsində “Su hovuzu və İdman qurğuları üzrə mexanik” qeyd etməlidirlər.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Təhsil

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir. MTK 2001-ci il sentyabr ayının 1-də…

Similar jobs

See all