PPM PASHA Property ManagementPASHA Property Management

Hovuz üzrə Təmizlik işçisi

Bakı Posted 4 h ago Source
Full-time Hospitality
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

PAŞA Property Management "Hovuz üzrə Təmizlik işçisi" vakansiyası elan edir.


Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management peşəkar komandamıza qoşulmaq üçün Hovuz üzrə Təmizlik işçisi vakansiyası üzrə namizədlərin müraciətlərini qəbul edir.

Əgər siz məsuliyyətli, çevik, komandada işləməyi bacaran və təmizliyə xüsusi diqqət yetirən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.


  • Hovuzun suyu, döşəməsi, divarları və digər sahələrinin gündəlik təmizliyini və dezinfeksiyasını təmin etmək;
  • Skimmerlərin, su axınlarının və su dövriyyə sistemlərinin təmizliyini həyata keçirmək;
  • Fəvvarələrin su axını sistemlərinin və pompalarının təmizliyini təmin etmək, su ətrafında yaranan kir və yosunları aradan qaldırmaq;
  • Filtrlərin, pompaların və digər hovuz avadanlıqlarının təmiz saxlanılmasına nəzarət etmək;
  • Təmizlik üçün istifadə olunan avadanlıqları səliqəli, təmiz və işlək vəziyyətdə saxlamaq;
  • Hovuz ətrafındakı oturacaqların, günəş çarpayılarının və digər istifadə sahələrinin təmiz və təhlükəsiz vəziyyətdə olmasını təmin etmək;
  • Hovuzun ətrafında yaranan çirk və tullantıları mütəmadi olaraq təmizləmək;
  • Nasaz və ya düzgün işləməyən avadanlıqlar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək;
  • Təmizlik inventarlarının və avadanlıqlarının saxlanıldığı anbarın təmizliyini təmin etmək;



Tələblər

Məsuliyyətli, diqqətli və çevik olmaq;

Komandada işləmək bacarığına malik olmaq;

Təmizlik vasitələri, kimyəvi maddələr və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilmək;

Hovuz, SPA və ya otel mühitində təmizlik sahəsində iş təcrübəsi üstünlük hesab olunur.

PPM PASHA Property Management
PASHA Property Management

PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət…

Similar jobs

See all
Apply