ABB-İnvest İnvestisiya Şirkəti QSC Hüquqşünas
Posted 18 h ago Source ↗
Category Legal
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
- Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
- Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
- Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan müqavilələrin);
- Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
- Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək.
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil (magistratura təhsili üstünlükdür);
- Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
- Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Maliyyə sektorunda (bank, sığorta, investisiya və s.) iş təcrübəsi üstünlükdür;
- AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik olmaq (Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür);
- Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, etik davranış prinsiplərinə sadiqlik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
AİŞ 

ABB-İnvest İnvestisiya Şirkəti QSC