Aztelekom MMC Hüquqşünas (CŞRF)
Work mode Full-time Category Legal
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda daxili normativ sənədlərə əsasən və yenilikləri nəzərə almaqla aparmaq.
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək.
- Səlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) qaydaların, prosedurların və digər daxili normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək.
- Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək.
- İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək.
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
- Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının müdafiəsini təmin etmək.
- İddia ərizələri, vəsatətlər və apelyasiya şikayətləri hazırlamaq.
- Şirkətə ziyan dəyməsi hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək.
- Vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək.
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali hüquq təhsili;
- Hüquqi mübahisələr sahəsində minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq.
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək.
- İşgüzar yazışma əsaslarını bilmək.
- Peşəkar ünsiyyət psixologiyasını bilmək.
- Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək.
- Azərbaycan dilini sərbəst bilmək (ingilis və rus dili arzuolunandır).
A 

Aztelekom MMC
İnformasiya və kommunikasiya
Azərbaycanda telefon rabitəsi 1881-ci ildə “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır. Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər…