CO
Monthly salary
Salary negotiable
- Category
- HR
About this role
İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün İctimaiyyətlə əlaqələr üzrə rəhbər axtarılır.
Vəzifə öhdəlikləri:
- PR strategiyasının hazırlanması və icrası;
- Yerli və beynəlxalq media nümayəndələri ilə əlaqələrin qurulması;
- Tədbirlərin media işıqlandırılmasının təşkili;
- Press-relizlərin, xəbərlərin və digər kommunikasiya materiallarının hazırlanması;
- Təşkilatın ictimai imicinin formalaşdırılması və qorunması;
- Sosial media və kommunikasiya fəaliyyətlərinin koordinasiyası;
- PR fəaliyyətləri üzrə hesabatların hazırlanması.
Tələblər:
- PR, Jurnalistika, Kommunikasiya və ya əlaqəli sahədə ali təhsil;
- PR, kommunikasiya və ya media sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili arzuolunandır;
- Mətn hazırlanması (copywriting) və redaktə sahəsində bacarığı;
- Media ilə işləmək təcrübəsi;
- Tədbirlərin kommunikasiya hissəsinin idarə olunması təcrübəsi;
- Yüksək təşkilatçılıq, intizam və məsuliyyətlilik;
- Rəhbərliklə birbaşa işləmək bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və sürətli iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.