CO
Monthly salary
Salary negotiable
- Category
- HR
About this role
İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün İdman meneceri vəzifəsinə məsuliyyətli və təşəbbüskar namizəd axtarılır.
Vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq yarışların, təlim-məşq toplanışlarının və digər idman tədbirlərinin təşkili və koordinasiyasında iştirak etmək;
- Tədbirlərin texniki təlimatlarının (technical meeting, event schedule və s.) hazırlanmasına dəstək göstərmək;
- Tədbirlərin vaxtında və effektiv şəkildə keçirilməsinə nəzarət etmək, müvafiq hesabatlar hazırlamaq;
- Yarış məkanlarının texniki hazırlığını və avadanlıqların işlək vəziyyətini nəzarətdə saxlamaq;
- Tərəfdaş qurumlar, məşqçilər, hakimlər, texniki nümayəndələr və iştirakçılarla kommunikasiyanı və koordinasiyanı təmin etmək;
- Yarışlar üçün qeydiyyatların toplanmasını və iştirakçı siyahılarının hazırlanmasını təşkil etmək;
- Yarış proqramları üzrə iştirakçı siyahılarının və nəticələrin operativ hazırlanmasını və paylaşılmasını təmin etmək;
- Xarici mütəxəssislərə tərcümə və təşkilati məsələlər üzrə dəstək göstərmək;
- Beynəlxalq idman qurumları ilə kommunikasiya prosesinə dəstək vermək;
- Baş məşqçilər və baş ofis arasında əlaqələndirici şəxs kimi çıxış etmək;
- Məşqçilərin inzibati və əməliyyat məsələlərinin həllinə dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını koordinasiya etmək və icra vəziyyəti barədə mütəmadi məlumat təqdim etmək;
- İdman şöbəsinin gündəlik fəaliyyətinin effektiv təşkilini təmin etmək.
Tələblər:
- Ali təhsil;
- İdman sahəsində, idman tədbirlərinin təşkili və ya əməliyyat fəaliyyətinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri (əla);
- Rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramları (əla);
- Güclü təşkilatçılıq, koordinasiya və ünsiyyət bacarıqları;
- Yüksək məsuliyyətlilik və intizamlılıq;
- Birbaşa rəhbərlə işləmək və tapşırıqların icrasını effektiv şəkildə təşkil etmək bacarığı;
- Operativ qərarvermə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və sürətli iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.