Import Manager
Posted 20 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Viva Medical Group tibbi vasitələrin idxalı sahəsində təcrübəli Import Manager axtarır.
Tələblər:
- Tibbi vasitələrin idxalı sahəsində minimum 2 il iş təcrübəsi
- İdxal, logistika və gömrük prosedurları üzrə biliklər
- Xarici təchizatçılarla iş və beynəlxalq yazışma təcrübəsi
- İngilis dilini yazılı və şifahi səviyyədə sərbəst istifadə etmək bacarığı
- MS Excel və Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Bazar araşdırması, qiymət müqayisəsi və kommersiya analizləri aparmaq bacarığı
- Planlaşdırma, prioritetləşdirmə və vaxtın effektiv idarə olunması bacarığı
- Yüksək təşkilatçılıq qabiliyyəti və sistemli iş prinsipi
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Yüksək öyrənmə qabiliyyəti və yeni məlumatları qısa müddətdə mənimsəmək bacarığı
- Eyni vaxtda bir neçə layihə və prosesi effektiv idarə etmək bacarığı
- Dəyişən prioritetlərə çevik uyğunlaşmaq və operativ qərarlar vermək bacarığı
- Nəticəyönümlü, təşəbbüskar və yüksək fokusla işləmək bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və detallara yüksək diqqət
- Analitik düşüncə və problem həll etmə bacarığı
Vəzifə öhdəlikləri:
- Tibbi vasitələrin idxal prosesinin planlaşdırılması və idarə olunması
- Xarici istehsalçılar və təchizatçılarla yazışmaları və kommersiya danışıqlarını aparmaq
- İdxal, logistika və gömrük sənədlərinin hazırlanmasını
- Yeni təchizatçıların, məhsulların və alternativ həllərin araşdırılması və qiymətləndirilməsi
- Məhsullar üzrə bazar araşdırmaları aparmaq, bazardakı dəyişiklikləri və yeni imkanları izləmək
- Qiymət müqayisələri, xərc, və kommersiya analizləri hazırlamaq
- Satınalma prosesinin müxtəlif mərhələlərində iştirak etmək, məhsul və təchizatçı seçimində dəstək göstərmək
- Müqavilə şərtlərinin, çatdırılma müddətlərinin və sifarişlərin icrasını izləmək
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şəraiti:
- İş qrafiki: 5 iş günü (Bazar ertəsi – Cümə), 09:00–18:00
- Nahar fasiləsi: 13:00–14:00 (1 saat)
- Əməkhaqqı: 900–1200 AZN (namizədin bilik, təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir)
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək imkanı
- Xaricdə keçirilən təlimlərdə, seminar və beynəlxalq sərgilərdə iştirak imkanı
- Daim inkişaf edən, innovativ və dinamik iş mühiti
- Yeni layihələrdə iştirak və peşəkar biliklərin davamlı artırılması üçün dəstək
CV-nizi mövzu hissəsində "Import Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Viva Medical Group MMC