VEKTOR LLC İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis
About this role
Təsvir
• IAM (Identity and Access Management) sistemlərini layihələndirmək və idarə etmək;
• PAM (Privileged Access Management) həllərini idarə etmək;
• Giriş hüquqlarının mütəmadi Giriş Yoxlamalarını (Access Reviews) təşkil etmək;
• SSO (Single Sign-On) və Active Directory/LDAP-ın təhlükəsizliyini təmin etmək;
• MFA (Multi-Factor Authentication) həllərini tətbiq etmək;
• Firewall, IDS/IPS, SIEM, DLP və EDR kimi təhlükəsizlik infrastrukturunun effektiv işini təmin etmək;
• Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, araşdırılması, cavab verilməsi və bərpası proseslərini idarə etmək.
Tələblər
• İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
• İnformasiya təhlükəsizliyi və ya kibermüdafiə sahəsində minimum 3–5 il iş təcrübəsi;
• Güclü analitik düşüncə bacarıqları;
• Detallara diqqət, dəqiqlik və sənədləşməyə sistematik yanaşma;
• Aşağıdakı sertifikatlardan ən azı birinin olması məcburidir: CISM, CEH, CompTIA Security+ (digər müvafiq sertifikatlar üstünlük sayılır);
• Azərbaycan dilində səlis, İngilis dilində B2 səviyyəsində və ya üzərində bilik; Rus dilinin bilinməsi üstünlük sayılır.
