İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
Posted 14 h ago Source ↗
Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə haqqında
- Şirkətimiz informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində komandamıza qoşulacaq məsuliyyətli və inkişaf yönümlü İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis axtarır.
Qeyd: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq vəzifə səviyyəsi (Kiçik Mütəxəssis və ya Mütəxəssis) müəyyən ediləcək.
Əsas vəzifə öhdəlikləri
- İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının icrasında iştirak etmək.
- İnformasiya təhlükəsizliyi insidentlərini izləmək, qeydiyyata almaq, araşdırmaq və nəticələri barədə hesabat hazırlamaq.
- İstifadəçilərin informasiya sistemlərinə giriş hüquqlarının idarə edilməsində iştirak etmək.
- Server, şəbəkə və informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini monitorinq etmək.
- SIEM, EDR, DLP, Antivirus və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqini həyata keçirmək.
- Təhlükəsizlik zəifliklərinin müəyyən edilməsi və aradan qaldırılması prosesində iştirak etmək.
- Təhlükəsizlik üzrə audit və yoxlamalara hazırlıq işlərində iştirak etmək.
- İnformasiya təhlükəsizliyi üzrə daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək.
- İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək.
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil
- İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil.
İş təcrübəsi
- Kiçik Mütəxəssis vəzifəsi üçün 1 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
- Mütəxəssis vəzifəsi üçün informasiya təhlükəsizliyi və ya informasiya texnologiyaları sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Bilik və bacarıqlar
- İnformasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə biliklər.
- Windows və Linux əməliyyat sistemləri üzrə baza və ya orta səviyyəli biliklər.
- TCP/IP, DNS, DHCP, VPN, Firewall və digər şəbəkə texnologiyaları üzrə anlayış.
- Active Directory və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər.
- SIEM, EDR, DLP, IDS/IPS və digər təhlükəsizlik həlləri barədə ümumi anlayış.
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik insidentlərinin idarə olunması üzrə biliklər üstünlükdür.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərini bilmək üstünlük hesab olunur.
Sertifikatlar (üstünlükdür)
- CompTIA Security+
- ISO/IEC 27001 Foundation
- Cisco CCNA
- Microsoft SC-900 Security, Compliance and Identity Fundamentals
- CEH (Certified Ethical Hacker) – üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Analitik düşünmə qabiliyyəti.
- Məsuliyyətli və diqqətli olmaq.
- Məxfi məlumatlarla işləmək bacarığı.
- Operativ qərar qəbul etmə bacarığı.
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
- Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.
- Stressə davamlı və nəticəyönümlü olmaq.
İş şəraiti
- Tam ştat.
- 5 günlük iş qrafiki.
- Rəqabətqabiliyyətli əməkhaqqı.
- Təlim və sertifikatlaşma imkanları.
- Karyera inkişafı perspektivi.
- Peşəkar və dinamik iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
NBCO KredAqro
Maliyyə və sığorta fəaliyyəti
KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə…