FAFZ Academy

İnformatika Müəllimi

Bakı Posted 8 h ago Source
Full-time Education
Monthly salary
Salary negotiable
Application deadline
31 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

📢 FZ Academy-də İnformatika Müəllimi Vakansiyası

Namizədə dair tələblər:

* Pozitiv, enerjili və gülərüz olmaq;
* İnformatika və ya uyğun ixtisas üzrə ali təhsil;
* Pedaqoji təcrübə (üstünlükdür);
* Tədris prosesinə kreativ yanaşmaq və müasir tədris metodlarından istifadə etmək;
* Güclü ünsiyyət və təqdimat bacarığı;
* Məsuliyyətli, təşəbbüskar və inkişafa açıq olmaq;
* Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

* Tədris prosesini yüksək keyfiyyətlə həyata keçirmək;
* Tələbələrlə düzgün və effektiv kommunikasiya qurmaq;
* Tədris mərkəzinin daxili idarəetmə sisteminə uyğun fəaliyyət göstərmək;
* Online, ənənəvi və hibrid formatlarda dərslərin tədrisini həyata keçirmək;
* Aylıq və həftəlik əlavə video materialların hazırlanması və çəkilişində iştirak etmək;
* FZ Academy-nin YouTube kanalında canlı dərslər və yayımlarda iştirak etmək;
* Tələbələrin tədris göstəriciləri ilə bağlı aylıq hesabat təqdim etmək;
* Tədris materiallarının (kitab, PDF, video dərslər və testlər) hazırlanmasında iştirak etmək;
* Tələbələrin qəbuldan sonrakı ixtisas seçimi mərhələsində onlara dəstək göstərmək;
* Görüş və iclaslarda aktiv iştirak etmək.

İş qrafiki:

* İş saatları tələbə qruplarının dərs cədvəlinə və müəllimin uyğunluğuna əsasən müəyyən edilir.

İş yeri:

📍 FZ Academy filialları

Əmək haqqı:

* Razılaşma əsasında;
* Tələbə sayına uyğun artan gəlir sistemi;
* Əlavə bonus və mükafatlandırma imkanları.

Əgər biliklərinizi bölüşmək, tələbələrin uğur qazanmasına dəstək olmaq və peşəkar komandada fəaliyyət göstərmək istəyirsinizsə, CV-nizi [email protected] hesabına "informatika" yazıb göndərin.

FA
FZ Academy

Similar jobs

See all