İnnovasiya strategiyası üzrə aparıcı mütəxəssis (Strategy Specialist)
Work mode Full-time Category Design
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- İnnovasiya siyasəti və strategiyasının formalaşdırılması prosesində analitik dəstəyin göstərilməsi;
- İnnovasiya proqramlarının dizaynı və tərtibinin hazırlanması;
- Vençur, kraudfandinq və "mələk investor" fəaliyyətinin tənzimlənməsi, habelə qiymətli kağızlar bazarı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təhlili;
- İKT sahəsində müstəqil fəaliyyət göstərən mütəxəssislər (frilanserlər) üçün hüquqi çərçivənin və vergi güzəştlərinin formalaşdırılması üzrə tədqiqatların aparılması;
- Maliyyə texnologiyalarının inkişafı üçün mövcud normativ hüquqi bazanın sadələşdirilməsi istiqamətində təkliflərin hazırlanması;
- İnnovasiya ekosisteminə dair strateji sənədlərin, hesabatların, analitik materialların və təqdimatların hazırlanması;
- Yerli və beynəlxalq innovasiya trendlərinin, təcrübələrin monitorinqi və strateji istiqamətlərə tərəfdaşlığın qiymətləndirilməsi;
- Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması üzrə tədbirlərin planlaşdırılmasında iştirak etmək;
- Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər strateji vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, hüquq, dövlət idarəetməsi, texnologiya siyasəti və ya əlaqəli sahələrdə; magistr dərəcəsinə üstünlük verilir);
- Sahə üzrə minimum 3 il iş stajı (innovasiya siyasəti, strateji planlaşdırma, tənzimləmə və ya əlaqəli sahədə);
- Normativ hüquqi aktların təhlili və siyasət sənədlərinin hazırlanması bacarığı;
- Analitik düşüncə, tədqiqat və hesabat hazırlama bacarıqları;
- Komanda işi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.
İVR 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…