Azekon Construction İnşaat Mühəndisi (İnzibati Bina Tikintisi)-Xankəndi
About this role
Vəzifə Öhdəlikləri
İnzibati bina layihəsinin tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə və normativ tələblərə uyğun təşkil etmək və nəzarətdə saxlamaq;
Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını təmin etmək, yaranan gecikmələrin aradan qaldırılması üçün tədbirlər görmək;
Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək;
Tikinti meydançasında görülmüş işlərin həcmlərini yoxlamaq, ölçülərin və keyfiyyət göstəricilərinin layihəyə uyğunluğunu təmin etmək;
Tikinti materiallarının, konstruksiyaların və avadanlıqların texniki tələblərə uyğunluğuna nəzarət etmək;
Görülmüş işlər üzrə aylıq və dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihə, texniki nəzarət və sifarişçi nümayəndələri ilə operativ işgüzar əlaqələri həyata keçirmək;
Tikinti meydançasında əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və onların həlli ilə bağlı təkliflər hazırlamaq;
Təhvil-təslim mərhələsində iştirak etmək, obyektin istismara qəbuluna dair sənədlərin hazırlanmasını təmin etmək;
Tikinti işlərinin keyfiyyətinin qüvvədə olan tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək.
Tələb Olunan Bilik və Bacarıqlar
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Tikinti norma və qaydalarını, layihə-smeta sənədləri ilə işləmə qaydalarını bilmək;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Tikinti işlərinin təşkili və texniki sənədləşmə sahəsində təcrübə;
Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
İş yeri və əmək haqqı
Xankəndi şəhəri (Qarabağ bölgəsi)
Yaşayış yeri və qida təminatı Şirkət tərəfindən qarşılanır.
Həftəlik 6 günlük iş qrafiki, əmək haqqı birinci ay net - 1500 azn
Əlaqə: 051 270 66 10
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
