N Novex GroupNovex Group

İnsan Resursları üzrə Biznes Tərəfdaşı (Təlim və inkişaf / İşə qəbul istiqamətləri üzrə)-Qəbələ

Posted 6 h ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Şirkət: Qəbələ Konserv Zavodu

İş yeri: Bakı şəhəri

Əsas öhdəliklər:

  • İstedad ehtiyaclarını müəyyən etmək, işçi qüvvəsinin optimallaşdırılması və ardıcıllıq planlaması üzrə tövsiyələr vermək.

  • Şirkət və departamentlər səviyyəsində strateji təlim ehtiyaclarını (TNA) təhlil etmək və illik təlim planını/büdcəsini hazırlamaq.

  • Əməkdaşların peşəkar və şəxsi bacarıqlarını artıracaq daxili inkişaf proqramlarını, rəqəmsal və ənənəvi təlim modullarını dizayn və təşkil etmək.

  • Keçirilən təlim və inkişaf proqramlarının keyfiyyətini, iş performansına və biznesin gəlirliliyinə olan birbaşa təsirini (təlimin effektivliyini) ölçmək.

  • Davamçılar Planlaması (Succession Planning): Şirkətin kritik mövqeləri üçün gələcək rəhbərləri daxildən yetişdirmək məqsədilə davamçılar strukturunu qurmaq və idarə etmək.

  • İşə qəbul, işdən ayrılma, müqavilə dəyişiklikləri, məzuniyyət və digər əməliyyatların düzgün və qanunvericiliyə uyğun icrasını təmin etmək.

  • Performans idarəetməsinin effektivliyini artıran həllər hazırlamaq və liderləri kouçinq və inkişaf proseslərində dəstəkləmək.

  • İşçi cəlb olunmasını, əməkdaşlıq və yüksək performans mədəniyyətini gücləndirən təşəbbüslər həyata keçirmək.

  • Ədalətli və rəqabətli ödəniş sisteminin təmin olunması və motivasiyaedici proqramların hazırlanması üzrə dəstək vermək.

  • İşçilərin təcrübəsini yaxşılaşdıran təşəbbüslər hazırlamaq, sorğular aparmaq və nəticələrə əsaslanan inkişaf tədbirləri təklif etmək.

  • Əsas İR göstəricilərini təhlil etmək, həllər üzrə analitik tövsiyələr vermək və idarəetməni məlumatlarla dəstəkləmək.

Əsas tələb:

  • Ali təhsil: Bakalavr dərəcəsi, ideal olaraq İnsan Resurslarının İdarəedilməsi, biznesin idarə olunması və ya oxşar sahələr üzrə;

  • 5+ il İnsan Resursları Biznes Partnyoru (HRBP), Təlim və İnkişaf, HR əməliyyatları və ya işçi münasibətləri sahəsində təcrübə;

  • Azərbaycan dilində sərbəst danışıq. Əlavə dillər üstünlük hesab ediləcək.

  • FMCG/İstehsalat sənayelərində iş təcrübəsinin olması üstünlükdür;

  • Yüksək səviyyədə MS Excel bacarıqları

  • Regionlara ezam getmə

Təklif edirik:

  • Könüllü tibbi sığorta

  • Korporativ nömrə və ona uyğun internet paketi

  • Təlim və inkişaf imkanları

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İnsan Resursları üzrə Biznes Tərəfdaşı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

N Novex Group
Novex Group

Similar jobs

See all