NormNorm

İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaşı

Posted 3 w ago Source: azvak.az ↗
HR
Monthly salary
Salary negotiable
Application deadline
4 iyul 2026

About this role

Hazırda şirkətimizə İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaşı tələb olunur.

İş yeri/formatı: Hibrid (zavod və şəhər ofisindən iş, həmçinin evdən işləmə imkanı)

Tələblər: 

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər əlaqəli sahə üzrə ali təhsil;

  • İşə qəbul və/və ya Təlim və İnkişaf sahəsində 1–3 il iş təcrübəsi;

  • Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;

  • İngilis dilini yazılı və şifahi şəkildə yaxşı səviyyədə bilmək;

  • MRP (ERP) sistemləri və ya təlim platformaları ilə işləmə təcrübəsinin olması üstünlükdür;

  • Microsoft Office proqramlarında (Excel, PowerPoint, Word) işləmə bacarığı.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Vakansiyaların yerləşdirilməsi və namizədlərin axtarışının həyata keçirilməsinə dəstək göstərmək;

  • Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və koordinasiyası, eləcə də müəyyən vəzifələr üzrə seçim prosesini həyata keçirmək;

  • Yeni əməkdaşların adaptasiya prosesini koordinasiya etmək və iş mühitinə səmərəli uyğunlaşmasının təmin olunmasına töhfə vermək;

  • Təlim və inkişaf ehtiyaclarının təhlilində iştirak etmək və şirkətin ehtiyaclarına uyğun illik təlim planının hazırlanmasına dəstək göstərmək;

  • Təlimlərin təşkili və həyata keçirilməsinə, o cümlədən iştirakçı koordinasiyası, kommunikasiya və inzibati proseslərin icrasına dəstək göstərmək;

  • Xüsusi inkişaf proqramlarının icrasında iştirak etmək və rəqəmsal təlim platformalarının idarə edilməsinə dəstək göstərmək;

  • Təlim iştirakının izlənilməsi və müvafiq təlim qeydlərinin aparılması;

  • Müxtəlif göstəricilər üzrə hesabatların hazırlanması və izlənilməsini həyata keçirmək;

  • Ehtiyac yarandıqda digər əlaqəli insan resursları proseslərinin icrasına dəstək göstərmək;

 Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta

  • İş yerinə nəqliyyat (servis) xidməti

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

Maraqlanan namizədlər mövzu hissəsində vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs

See all