BD
Monthly salary
Salary negotiable
- Category
- Finance
About this role
Baku Digital MMC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü (5 gün)
- İş saatları: 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri
- Şirkətin insan resursları siyasətinin, daxili prosedur və qaydalarının tətbiqini, icrasını və təkmilləşdirilməsini təmin etmək;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək münasibətlərini idarə etmək, əmək müqavilələri və əlaqəli kadr sənədlərinin ƏMAS sistemi üzərindən rəsmiləşdirilməsini təmin etmək;
- İşçilərin şəxsi işlərinin formalaşdırılmasını, elektron sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsini, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;
- Vakansiyaların hazırlanmasını, namizədlərin axtarışı, qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesinin koordinasiyasını həyata keçirmək;
- İşçilərin adaptasiya proseslərini, daxili kommunikasiya fəaliyyətlərini və işçi məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləmək;
- Aylıq iş vaxtı uçot tabellərini, məzuniyyət qrafiklərini və ezamiyyət sənədlərini hazırlamaq, əmək haqqı və digər ödənişlərlə bağlı məlumatları mühasibatlığa təqdim etmək;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmrləri, vəzifə təlimatlarını, arayışları və digər kadr sənədlərini hazırlamaq;
- ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət informasiya sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgün inteqrasiyasına nəzarət etmək;
- İşçi sayı, vakansiyalar, məzuniyyət qalıqları, işçi dövriyyəsi və digər əsas HR göstəriciləri üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil edərək rəhbərliyə təqdim etmək;
- Audit, daxili nəzarət və uyğunluq proseslərində iştirak etmək, şirkətə məxsus məlumatların və şəxsi məlumatların məxfiliyinin qorunmasını təmin etmək.
Namizədə tələblər
- İnsan Resursları, Hüquq, Biznesin idarə edilməsi, Psixologiya və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə nəzəri və praktiki biliklər;
- İnsan resurslarının əsas funksiyaları, standartları və prosedurları üzrə biliklər;
- ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron platformaları ilə işləmə bacarığı;
- İşə qəbul və müsahibə metodologiyaları üzrə bilik və təcrübə;
- Rus və ingilis dillərini bilmək arzu olunandır;
- Analitik düşüncə, yüksək məsuliyyətlilik, operativlik və detallara diqqət;
- Effektiv ünsiyyət, təqdimat, problem həll etmə və komanda ilə işləmə bacarıqları;
- Şəxsi məlumatların qorunması və məxfilik prinsiplərinə ciddi riayət etmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.