İnsan resursları üzrə mütəxəssis
Posted 14 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Şirkət: Lənkəran Konserv Zavodu
İş yeri: Lənkəran şəhəri
Əsas öhdəliklər:
- Əmrlərin verilməsi, əmək müqavilələrinin və tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanması, əmək müqavilələrinə dəyişiklik edilməsi, əmək müqavilələrinə xitam verilməsi, Elektron Hökümət Portalına bildirişlərin daxil edilməsi işlərini həyata keçirmək
- İşçilərin şəxsi işlərinin hazırlanmasını/formalaşdırılmasını və paralel olaraq eyni materiallar üçün elektron sənəd qovluqlarının formalaşdırılmasını, həmçinin sənədlərin kağız və elektron daşıyıcılarda saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
- Məzuniyyətlərin, ezamiyyətlərin təmin edilməsi, intizam tədbirlərinin və mükafatlandırma tədbirlərinin görülməsi işlərini icra etmək
- İşçilərin sosial müdafiə məsələlərini, o cümlədən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta məsələlərini, tibbi sığorta üçün tələb olunan məlumat mübadiləsini, əməkhaqqlarının ödənilməsi üçün bank kartlarının sifariş verilməsi işlərini təmin etmək
- Struktur bölmənin Cəmiyyətin digər bölmələri ilə birgə fəaliyyəti üçün tələb olunan işləri həyata keçirmək
Əsas tələb:
- Ali təhsil: Bakalavr dərəcəsi
- Vəzifə üzrə minimum 2 il
- Azərbaycan dilində sərbəst danışıq. Əlavə dillər üstünlük hesab ediləcək.
- MS Word, Excel proqramları, 1C ERP istifadə bacarığı
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İnsan resursları üzrə mütəxəssis – LKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
N 
Novex Group