YA Yalama Agropark MMCYalama Agropark MMC

İnsan Resursları üzrə Mütəxəssis

Xaçmaz Posted 4 h ago Source
Full-time HR
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

"Yalama Aqropark MMC" olaraq insan resursları komandamıza kadr kargüzarlığını dərindən bilən, eyni zamanda işə qəbul və işçi münasibətlərinin idarə edilməsində aktiv rol alacaq peşəkar İR üzrə Mütəxəssis axtarırıq.


Siz həm istedadların axtarışı və şirkətə cəlb olunmasında, həm işçilərin motivasiyasının artırılmasında, həm də gündəlik əməliyyatların dəqiq icrasında həlledici rol oynayacaqsınız. Dinamik və inkişafa yönəlmiş bir mühitdə HR proseslərini təkmilləşdirmək istəyirsinizsə, komandamıza qoşulun!

Tələblər

Əsas Vəzifə Öhdəlikləri:


İşə Qəbul və Adaptasiya:

  • Struktur bölmə rəhbərləri ilə sıx əməkdaşlıq edərək vakansiyaların təhlil edilməsi və tələb olunan işçi sayının müəyyənləşdirilməsi.
  • Elan olunan vakansiyalar üzrə cəlbedici iş elanlarının hazırlanması, müvafiq işədüzəltmə saytlarında və platformalarda yerləşdirilməsi.
  • Alternativ işəgötürmə və axtarış üsullarının tətbiq edilməsi, axtarış kanallarının effektivliyinin ölçülməsi.
  • Daxil olan CV-lərin qeydiyyatı, yoxlanılması və tələblərə uyğun namizədlərin qısa siyahısının hazırlanması.
  • İşə qəbul testlərinin, ilkin HR müsahibələrinin keçirilməsi və dəyərləndirmə formalarının müəyyən olunması.
  • İşə qəbul və yerləşdirmə müddətində zəruri proseslərə nəzarət edilməsi, iş yerinə göndərişlərin təşkili.
  • Yeni işçilər üçün sınaq müddətinin təyin edilməsi, performansın izlənməsi və struktur rəhbərlərindən geridönüşlərin alınması.
  • Şirkətin ehtiyat kadr bazasının yaradılması, daimi yenilənməsi və işçi axınının təhlili.


Kadr İnzibatçılığı və Uçot:

  • İR üzrə bütün növ əmrləşmələrin (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət, mükafat və s.) qanunvericiliyə uyğun hazırlanması və 1C sisteminə daxil edilməsi.
  • İşçilərin işə davamiyyətinin gündəlik qeydiyyatının aparılması, icazələrin izlənilməsi.
  • Aylıq davamiyyət tabellərinin işlənməsi, hər hansı kənaraçıxmalar və yayınmalar barədə İR Menecerinə və müvafiq struktur bölmə rəhbərinə məlumat verilməsi.
  • İllik məzuniyyət qrafikinin tərtib olunmasında və icrasına nəzarətdə şöbə rəhbərinə dəstək göstərilməsi.


İşçi Münasibətləri və İnkişaf:

  • İşçilərlə daimi aktiv kommunikasiyanın saxlanılması, onların müraciətlərinin dinlənilməsi və ehtiyaclarının təhlili.
  • Şirkət daxilində işçi məmnuniyyətini və məhsuldarlığı artırmaq üçün fərqli motivasiya üsullarının təşkili və tətbiqi.
  • Əməkdaşların inkişafı üçün tələb olunan müvafiq təlim proqramlarının araşdırılması və rəhbərliyə təklif kimi təqdim olunması.
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların icrası.


Namizədə dair Tələblər:

  • Təhsil: İnsan Resurslarının idarəedilməsi, İqtisadiyyat, Menecment və ya əlaqədar sahələr üzrə ali təhsil.
  • Təcrübə: İnsan resursları sahəsində (həm işə qəbul, həm kadr kargüzarlığı üzrə) ən azı 2-3 il iş təcrübəsi.
  • Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsini və kadr kargüzarlığı qaydalarını yüksək səviyyədə bilmək.
  • Texniki biliklər: MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı mütləqdir. Müasir ATS platformaları ilə iş təcrübəsi üstünlükdür.
  • Şəxsi keyfiyyətlər:
  • Yüksək ünsiyyət və empatiya qabiliyyəti (işçiləri dinləmə və anlama bacarığı).
  • Analitik düşünmə və hesabatlılıq bacarığı.
  • Təşəbbüskarlıq, komandada işləmək və detallara qarşı xüsusi diqqət.
YA Yalama Agropark MMC
Yalama Agropark MMC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində…

Similar jobs

See all
Apply