Avtolüks Azərbaycan MMCAvtolüks Azərbaycan MMC

İnsan Resursları və İnzibati İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin hüquq məsləhətçisi

Posted 20 h ago Source
Legal
Monthly salary
Salary negotiable
Application deadline
2 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • İş qrafiki: / Bazar ertəsi - cümə 08:00 - 17:00
  • Şəhər: Bakı

Tələblər: 

  • Hüquqşünaslıq ixtisası üzrə ali bakalavr təhsili (magistr dərəcəsinin olması üstünlükdür);
  • Hüquq sahəsində, o cümlədən, korporativ hüquq və ya inzibati hüquq sahəsində minimum 2 - 3 il iş təcrübəsi;
  • AR Mülki Məcəlləsi, Əmək Məcəlləsi, "Vətəndaşların müraciətləri haqqında" AR Qanununu və kargüzarlıq fəaliyyətinə dair normativ hüquqi aktları mükəmməl səviyyədə bilmək;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq, ingilis dilində sənədləşmə və yazışma aparmaq səviyyəsində bilmək (rus dili bilikləri arzuolunandır); 
  • MS Office proqramlarında işləyə bilmə bacarıqları;
  • Operativlik, dəqiqlik və səliqə;
  • Analitik düşünmə, detallara qarşı həssaslıq, güclü yazı və redaktə, komandada işləmək bacarığı, yüksək ünsiyyət qurma və dinləmə bacarıqları;
  • Subordinasiyaya və etik davranış qaydalarına ciddi əməl etmə bacarığı;

İşin təsviri: 

  • Hüquqi məsələlərin həlli ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;
  • Cəmiyyəti dövlət idarəetmə, nəzarət və hüquq-mühafizə, yerli özünü idarəetmə və məhkəmə orqanlarında və notariatda təmsil etmək;
  • Müqavilə, saziş, əqd və digər sənədlərin hüquqi baxımdan təhlilini aparmaq, hazırlamaq və onlara dair hüquqi rəy vermək;
  • Struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həllini təmin etmək;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədləri hazırlamaq;
  • Hüquqi və normativ bazaya aid sənədləşməni sistemləşdirmək və uçotunu aparmaq;
  • Müqavilələr reyestrini formalaşdırmaq və idarə edilməsini təmin etmək;
  • Cəmiyyət və Cəmiyyətin müvafiq struktur bölmələrinin fəaliyyəti ilə bağlı tələb olunan sənədlər toplusunu (formalar, blanklar, məhsulların pasportları, daxili prosedur və qaydalar, vəzifə təlimatları, əsasnamələr  və s.) hazırlamaq;
  • İş prosesində Cəmiyyətin fəaliyyətini tənzimləyən şirkətdaxili normativ aktların təkmilləşdirilməsi, o cümlədən bu və ya digər xidmətlərin optimallaşdırılması üzrə nümunəvi layihələr, metodiki tövsiyələr və təkliflər vermək;
  • Məktubların tərtib olunması, müxtəlif məruzələrin və mətnlərin hazırlanmasında rəhbərliyə və struktur bölmələrə köməklik göstərmək;
  • Cəmiyyətin normativ hüquqi bazasının uçotunu aparmaq, daim yenilənməsi və müvafiq inzibati strukturlarla əlaqələndirilməsini həyata keçirmək;
  • Daxili prosedurların, qaydaların, təlimatların, pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq;
  • Rəhbərliyin, o cümlədən, birbaşa tabe olduğu rəhbərinin işçinin peşə fəaliyyətinə dair verdiyi digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
  • Cəmiyyətin mənafeyini qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədləri (kommersiya sirri) üçüncü şəxslərə verməmək;
  • İmzaladığı sənədlərə görə şəxsən və şərtsiz məsuliyyət daşımaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaq.

Avtolüks Azərbaycan MMC
Avtolüks Azərbaycan MMC
Topdansatış və pərakəndə ticarət

Similar jobs

See all
Apply