Bravo Supermarketlər şəbəkəsi İnventarlar üzrə hesablayıcı (gecə növbəsi)
About this role
Bravo Supermarket-dən vakansiya: Hesablayıcı tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək
– Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, ayıları skan edərək sistemə daxil etmək
– Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək
– Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək
– Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılmasını, skan edilməsini və yoxlanılmasını təmin etmək
– Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək
Namizədlərə tələblər:
– Təhsil : Orta təhsil
– İş təcrübəsi : Müvafiq sahə üzrə 1 ildən çox təcrübəsi
– İnventarizasiya keçirmə bacarığı
– Market sistemində iş təcrübəsi
– Marketdə satılan məhsul çeşidlərilə bağlı praktiki iş təcrübəsi
– Sürətli hesablama qabiliyyəti
– Sərbəst Azərbaycan dili , rus dili arzuolunandı
– Microsoft Office proqramlarından anlayış
– Problem həlletmə yönümlü
– Nəticələrə əsaslanan, Fəaliyyət yönümlü
– Situasiyaya uyğunlaşma qabiliyyəti
– Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
– Şirkət və komanda mühitində işləmək
– Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: Gecə növbəsi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “hesablayıcı” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
