PRE
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Category
- Legal
About this role
Təsvir
Əsas vəzifə öhdəlikləri:
- Yeni investisiyaların, satınalmaların və daşınmaz əmlak satışlarının müəyyən edilməsi, təhlili, tövsiyə olunması və həyata keçirilməsində İnvestisiyalar üzrə Direktora dəstək göstərmək.
- Maliyyə və texniki məlumatlar, həmçinin alternativ maliyyələşdirmə mexanizmləri əsasında çoxsəviyyəli təhlil və qiymətləndirmə hazırlanmasını idarə etmək.
- Potensial yeni M&A və investisiya layihələrinin ideyadan bağlanışa qədər iqtisadi-texniki təhlil (due diligence) və anderraytinq proseslərini həyata keçirmək və maliyyə, kommersiya, vergi, hüquqi, texniki və s. üzrə kənar məsləhətçilərə nəzarət edərək ətraflı qiymətləndirmə və səmərəli əməliyyat icrasını idarə etmək.
- Komitələr və yüksək rəhbərlik üçün investisiya hesabatları hazırlanmasını təşkil etmək və müvafiq iclaslarda iştirak etmək.
- Tikinti və digər əlaqəli tapşırıqlar üzrə layihə nəzarət qrupları ilə əməkdaşlıq etmək və onlara rəhbərlik etmək.
- Satış üçün nəzərdə tutulan yaşayış layihəsi üzrə maliyyə modellərinin hazırlanmasını və yenilənməsini təmin etmək.
- Korporativ qərar qəbuletmə və funksional tələbləri dəstəkləmək üçün mənfəət və zərər (P&L), pul axını hesabatları və layihə göstəricilərinin yenilənməsi də daxil olmaqla dəqiq və vaxtında maliyyə təhlilləri və hesabatların hazırlanması və təqdim edilməsini təmin etmək.
- Satış qiymətləri, gəlir və xərclərin maliyyə təhlilini aparmaq və əmlakın dəyərini artırma yolları barədə təkliflər vermək.
- İnvestisiyalar üzrə hüquqi sənədlərin hazırlanmasına baxış keçirmək və dəstək göstərmək, həmçinin satıcılar/alıcılar, tərəfdaşlar, banklar və digər qarşı tərəflərlə əsas şərtləri müzakirə etmək.
- Ən son bazar məlumatlarının və rəqabət təhlillərinin mövcudluğunu təmin etmək və portfel üzrə təkliflər vermək.
- Baş mütəxəssislər və mütəxəssislərdən ibarət komandaya rəhbərlik etmək, onları motivasiya etmək, inkişafına dəstək olmaq. Onların işini nəzərdən keçirmək və departamentin vəzifələrinin yerinə yetirilməsində öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək. Vəzifə öhdəliklərini İnvestisiyalar üzrə Direktor ilə koordinasiya etmək.
- Daxili departamentlərə zəruri məlumat dəstəyi göstərmək və müvafiq layihələri onlarla koordinasiya etmək.
- Daxili və xarici maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və onları qorumaq.
- İşlərin nəzarətli və ardıcıl şəkildə həyata keçirilməsini təmin etmək üçün bütün aidiyyəti funksional siyasətləri, prosesləri, standart əməliyyat prosedurlarını və təlimatları hazırlanmasına dəstək olmaq və onlara riayət etmək.
- İşin əhatəsinə birbaşa aid olan görüş və səfərlərdə iştirak etmək və hesabatlar və təkliflər hazırlamaq.
- Komanda üzvlərinin işə qəbulu prosesində iştirak etmək.
- Şirkətin dəyərlərinə, siyasətlərinə, proseslərinə və korporativ idarəetmə standartlarına riayət olunmasını təmin etmək, dürüstlük və şəffaflığa görə məsuliyyət daşımaq. Hər hansı hadisə, insident və ya təhlükəli vəziyyətlər barədə dərhal birbaşa rəhbərə məlumat vermək.
- Şirkətin əməliyyat risklərinin idarə edilməsi siyasətinə riayət etmək. İş proseslərində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirmək və onların aradan qaldırılması üçün zəruri addımlar atmaq.
- Şirkət tərəfindən müəyyən edilən və əməkdaşla razılaşdırılan illik məqsədlərə nail olmaq.
- Korporativ strategiya və rəhbərliyin göstərişlərinə uyğun olaraq vəzifələri icra etmək, eyni zamanda müstəqil qərarvermə və təşəbbüskarlıq nümayiş etdirmək.
Tələblər
- Aparıcı təhsil müəssisələrindən birində maliyyə, mühasibat uçotu və ya biznesin idarə edilməsi ixtisası üzrə minimum bakalavr dərəcəsi.
- İnvestisiya (M&A, satınalmalar və birləşmələr, investisiya əməliyyatları və s.), konsaltinq və ya maliyyə modelləşdirilməsi sahəsində minimum 5 il birbaşa və müqayisəolunan iş təcrübəsi.
- Rəhbər vəzifədə və komanda idarəçiliyi sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan və ingilis dillərini biznes səviyyəsində bilmək mütləqdir, rus dili biliyi üstünlük hesab olunur.
- Korporativ maliyyə və maliyyə modelləşdirilməsi üzrə güclü bilik və bacarıqlar.
- Portfelin fəaliyyət göstəricilərini qiymətləndirmək bacarığı ilə yanaşı, yüksək səviyyəli analitik və kəmiyyət təhlili bacarıqları.
- Excel, Word və PowerPoint proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
- Güclü liderlik, problem həll etmə və kommunikasiya bacarıqları; rəhbərlik və maraqlı tərəflərlə (stakeholderlərlə) effektiv əməkdaşlıq qurmaq bacarığı.
- Yüksək motivasiyalı, nəticəyönümlü və müstəqil işləmək bacarığı.
- Qlobal və yerli daşınmaz əmlak investisiyaları bazarındakı tendensiyalar barədə bilik.