EMA Eight Marketing and Management CompanyEight Marketing and Management Company

İR üzrə aparıcı mütəxəssis

Posted 20 h ago Source
HR
Monthly salary
₼900+
Application deadline
26 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Eight Marketing and Management Company HR proseslərini kompleks şəkildə idarə edəcək  İR üzrə aparıcı mütəxəssis axtarır. Bu vəzifə kadr ehtiyaclarının müəyyən edilməsindən başlayaraq, işə qəbul, adaptasiya, kadr kargüzarlığı və işçilərin motivasiyasına qədər geniş bir spektri əhatə edir. 

Əsas Vəzifə Öhdəlikləri:

İşə Qəbul və İstedadların İdarəedilməsi:

  • Struktur rəhbərləri ilə koordinasiyalı şəkildə vakansiyaların təhlili və tələb olunan işçi sayının müəyyən edilməsi.
  • Şirkətin proseduruna uyğun olaraq işə qəbul prosesinin aparılması, elanların müvafiq portallarda yerləşdirilməsi.
  • Alternativ işəgötürmə üsullarının həyata keçirilməsi və axtarış kanallarının effektivliyinin artırılması.
  • Daxil olan CV-lərin qeydiyyatı, incələnməsi, qısa siyahının hazırlanması.
  • İlkin işə qəbul müsahibələrinin keçirilməsi, müvafiq dəyərləndirmə formalarının tətbiqi.
  • Sınaq müddətinin təyin edilməsi, işçinin adaptasiyasının izlənməsi və iş yerinə göndərişlərin təşkili.
  • İşçi axınının təhlili və şirkətin potensial ehtiyat kadr bazasının hazırlanaraq davamlı yenilənməsi.

Kadr Kargüzarlığı və Əməliyyatlar:

  • İR üzrə bütün əmrləşmələrin (məzuniyyət, ezamiyyət, mükafat, işə qəbul və xitam) AR Əmək Məcəlləsinə uyğun hazırlanması və 1C sisteminə daxil edilməsi.
  • İşçilərin işə davamiyyətinin gündəlik qeydiyyatının aparılması və icazələrin izlənilməsi.
  • Aylıq davamiyyət tabellərinin işlənməsi, kənaraçıxma və yayınmalar barədə İR Menecerinə və struktur bölmə rəhbərinə məlumat verilməsi.
  • İllik məzuniyyət planının tərtib olunmasında və icrasının nəzarətində şöbə rəhbərinə dəstək göstərilməsi.

İşçi Münasibətləri və Təlim:

  • İşçilərlə daimi əlaqədə olmaq, onların müraciətlərini dinləmək və sağlam iş mühitinin qorunmasına dəstək olmaq.
  • Komanda ruhunu və işçi məmnuniyyətini artırmaq məqsədilə fərqli motivasiya üsullarının təşkili.
  • Əməkdaşların inkişafı üçün tələb olunan müvafiq təlim proqramlarının araşdırılması və rəhbərliyə təqdim olunması.
  • Şöbə rəhbərinin İR istiqaməti üzrə digər tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil: İnsan Resursları, İqtisadiyyat, Menecment və ya müvafiq sahə üzrə ali təhsil.
  • Təcrübə: İnsan Resurslarının idarəedilməsi (həm işə qəbul, həm də kargüzarlıq) sahəsində minimum 2 il iş təcrübəsi (restoran və otel təcrübəsi üstünlükdür).
  • Qanunvericilik: AR Əmək Məcəlləsini və kadr kargüzarlığı qaydalarını yüksək səviyyədə bilmək.
  • Texniki biliklər:  Məlumatlarının idarəedilməsi və analitik hesabatlılıq üçün MS Office (xüsusilə Excel) proqramlarını bilmək. 
  • Şəxsi keyfiyyətlər: Təşəbbüskarlıq, komandanı dinləmə və problemləri həll etmə bacarığı, detallara qarşı diqqətlilik və müstəqil qərar qəbul etmə qabiliyyəti.

İş barədə əlavə məlumatlar:

  • İş rejimi - 6 günlük
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Ünvan: Ağ Şəhər, Reges Park 
  • Əmək haqqı – 900 AZN

Maraqlanan namizədlər CV formasını Müraciət et düyməsində qeyd olunan electron poçt ünvanına göndərməklə müraciət edə bilərlər

EMA Eight Marketing and Management Company
Eight Marketing and Management Company

Similar jobs

See all