Azərbaycan Dəmir Yolları İşə qəbul üzrə mütəxəssis
Work mode Full-time Experience 3–5 years Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Struktur bölmələrdən daxil olan işçi tələblərini qəbul etmək, yoxlamaq və icrasını təmin etmək;
- Xətti rəhbərlər və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək uğurlu işə qəbul nəticələrinin əldə olunmasını təmin etmək;
- İşə qəbul prosesinin bütün mərhələlərini müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun şəkildə idarə etmək;
- Müxtəlif vəzifələr üzrə əmək bazarını və istedad tendensiyalarını mütəmadi olaraq təhlil etmək;
- Namizədləri vəzifə tələbləri, təhsil səviyyəsi və peşəkar təcrübələri əsasında qiymətləndirmək, uyğun namizədləri aidiyyəti xətti rəhbərlərə təqdim etmək;
- Vakansiyaları karyera portalında, sosial media platformalarında və digər daxili və xarici iş elanları resurslarında yerləşdirmək;
- Namizədləri işə qəbul prosesinin bütün mərhələləri və yekun nəticələri barədə vaxtında məlumatlandırmaq;
- İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanmasını və müvafiq göstəricilərin izlənilməsini həyata keçirmək;
- Daxili və xarici kadr ehtiyatı bazalarının formalaşdırılması və inkişaf etdirilməsində iştirak etmək;
- Müsahibə komissiyalarının formalaşdırılması və onların işə qəbul prosesləri üzrə maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
- İşə qəbul prosesi ilə bağlı daxil olan vətəndaş müraciətlərini araşdırmaq və cavablandırmaq;
- Şöbənin fəaliyyət sahəsinə uyğun layihələrdə iştirak etmək və təşəbbüslərlə çıxış etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Xarici dil: İngilis dili və Rus dili - üstünlükdür;
- Müvafiq sahədə beynəlxalq sertifikatlar üstünlükdür;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İsurslarının idarə edilməsi, xüsusilə işə qəbul modulu üzrə nəzəri və praktiki biliklərə malik olmaq;
- Analitik düşünmə, problem həll etmə və əsaslandırılmış qərarvermə bacarıqlarına malik olmaq.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…