PASHA Property Management İstismar xidmətləri üzrə texnik (mexanik)
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
PAŞA Property Management "İstismar xidmətləri üzrə texnik (mexanik)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Ventilyatorlara, kondisionerlərə və mühərriklərə texniki xidmət göstərmək;
- Suyun və havanın keyfiyyət, kəmiyyət, hərarətini test etmək və ölçmək;
- Müvafiq sistemlərin və aksessuarların təmizləmək və onlara texniki xidmət göstərmək;
- Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;
- Bütün mexaniki avadanlıqlarda profilaktik təmir işləri aparmaq;
- Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;
- Bütün nasazlıqlar barədə nəzarətçilərə xəbər vermək;
- Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;
- Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;
- İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;
- Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
- Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsinin olması;
- Tikinti materiallları və avadanlıqları haqqında yüksək şəkildə məlumatlı olması;
- Liderlik, vaxtın və heyyəti idarə etmək bacarığının olması;
- Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığının olması.
PPM 

PASHA Property Management
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət…