ADY
Azərbaycan Dəmir Yolları
İT idarəçiliyi üzrə mütəxəssis (IT Governance)
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Experience
- career-levels.prof
- Category
- IT
About this role
Təsvir
- İT xidmətlərinin idarəedilməsi üzrə siyasət, prosedur, təlimat və metodologiyaların tətbiqi və davamlı təkmilləşdirilməsini təmin etmək;
- Biznes proseslərə əsaslanaraq informasiya və iş axınını müəyyənləşdirmək, beləliklə İT proseslərinin təsnifatını (process statement) və blok sxemləri tərtib etmək;
- Korporativ dəyərlərə əsasən prosedurların icrası üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək;
- İT xidmət, proses və digər komponentlər üzrə audit və yoxlanışlar etmək, nöqsanları və tövsiyələri müəyyənləşdirmək;
- Risk, insident və uyğunsuzluqlar üzrə korrektiv və preventiv tədbirlər planını (Corrective Action Plan) hazırlamaq, icrasına nəzarət etmək və proseslərin optimallaşdırılmasını təmin etmək;
- Requlyativ tələblərə əsasən üzrə IT siyasət və prosedurların təkmilləşdirilməsi və monitorinqini həyata keçirmək.
Tələblər
- Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
- İngilis və Rus dilləri üzrə yaxşı səviyyədə biliklər;
- Azərbaycan Respublikasının qanunvericiliyi, İSO27001, İTİL4, COBİT kimi beynəlxalq standart və praktikalar ilə iş təcrübəsi;
- Layihə idarəetmə platformaları (Jira, Confluence və s.) üzrə sərbəst işləmə bacarığı;
- Agile metodologiyaları və onun çərçivələri (Scrum, Kanban və s.), həmçinin Waterfall layihə idarəetmə yanaşmaları üzrə biliklər;
- Rəqəmsal texnologiyalar və müasir trendlər, o cümlədən veb həllər, mobil tətbiqlər, sosial media və analitika sahəsində anlayışlılıq;
- Analitik düşüncə, detallara qarşı diqqətlilik, güclü ünsiyyət və koordinasiya bacarığı.