Titan Group İT üzrə Kiçik Mütəxəssis
About this role
Şirkətimiz komandamıza məsuliyyətli və öyrənməyə həvəsli İT üzrə Kiçik Mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
Kompüter və digər İT avadanlıqlarının quraşdırılması və texniki dəstəyi;
İstifadəçilərin müraciətlərinin qəbulu və texniki problemlərin həlli;
Proqram təminatlarının quraşdırılması və sazlanması;
Şəbəkə və internet bağlantıları ilə bağlı ilkin problemlərin aradan qaldırılması;
İT avadanlıqlarının inventarlaşdırılmasında iştirak.
Tələblər:
İT sahəsində ilkin biliklər;
Kompüter avadanlıqları və Windows əməliyyat sistemi üzrə anlayış;
Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
Təcrübə arzuolunandır, lakin vacib deyil.
İş şəraiti:
Əməkhaqqı: 550 AZN
Nahar şirkət tərəfindən təmin edilir
Korporativ nömrə şirkət tərəfindən təqdim olunur
Servis xidməti mövcuddur
İş qrafiki: Tam iş günü
İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
