Titan Group İT üzrə Mütəxəssis
About this role
İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
Əmək haqqı: 700 – 1000 AZN (namizədin bilik və təcrübəsinə əsasən)
İş qrafiki:
5 günlük iş həftəsi
08:30 – 17:30
Şirkət tərəfindən təmin edilir:
Nahar
Korporativ nömrə
Servis xidməti
Vəzifə öhdəlikləri:
Şirkətin kompüter, printer və digər İT avadanlıqlarına texniki dəstəyin göstərilməsi;
Windows əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
Serverlərin quraşdırılması, idarə edilməsi və texniki xidmətinin həyata keçirilməsi;
Active Directory, istifadəçi hesablarının və giriş icazələrinin idarə olunması;
Lokal şəbəkənin (LAN), internet və Wi-Fi infrastrukturunun fasiləsiz işləməsinin təmin edilməsi;
Serverlərin ehtiyat nüsxələrinin (Backup) hazırlanması və bərpasının həyata keçirilməsi;
Antivirus və informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqi;
İT avadanlıqlarında yaranan nasazlıqların operativ aradan qaldırılması;
Yeni avadanlıqların quraşdırılması və istifadəyə verilməsi.
Tələblər:
İT sahəsində minimum 1 il iş təcrübəsi;
Serverlərin idarə olunması və sazlanması üzrə bilik və təcrübə (vacibdir);
Windows Server, Active Directory, DHCP, DNS üzrə biliklər;
Şəbəkə avadanlıqları (Router, Switch, Firewall) ilə işləmək bacarığı;
Kompüter və ofis avadanlıqlarının texniki dəstəyi üzrə təcrübə;
Məsuliyyətli, operativ və analitik düşünmə bacarığı.
Müraciət:
Uyğun namizədlər CV-lərini vakansiyanın adı "İT üzrə Mütəxəssis" qeyd olunmaqla [email protected] poçt ünvanına göndərə bilərlər.
