SOC Sinteks Group of CompaniesSinteks Group of Companies

İtkilərin qarşısının alınması və idarəedilməsi üzrə kiçik administrator

Posted 16 h ago Source
Hospitality
Monthly salary
Salary negotiable
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu mağazalarda itkilərin qarşısının alınmasının həyata keçirilməsinə dəstək göstərir
  • Vəzifə satış, ödəniş, məhsul hərəkəti, geri qaytarma və sənədləşmə proseslərində uyğunsuzluqları müəyyən etməklə itki risklərinin azaldılmasına və aşkar olunmuş itkilər üzrə tədbirlərin izlənilməsinə dəstək göstərir

Satış, ödəniş, müştəri balansı, hədiyyə sertifikatları və endirim əməliyyatlarına nəzarət

  • Nağd satış məbləğinin satış nəticələri ilə uyğunluğunu və aidiyyəti üzrə təhvil verilməsi prosseslərində iştirak edir
  • Satış və ödəniş əməliyyatlarının daxili prosedurlara uyğun aparılmasına dəstək göstərir
  • Müştərilərin depozit və vauçerlərdən prosedura uyğun istifadə olunmasında iştirak edir
  • Endirimlərin qaydalara uyğun tətbiq olunmasına dəstək göstərir
  • Aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərə təqdim edilən məlumatların hazırlanmasında iştirak edir

Məhsul hərəkəti və qəbul proseslərinə nəzarət

  • Məhsulların qəbul, transfer və çıxarılma proseslərində iştirak edir
  • Məhsulların prosedur üzrə qeydiyyatının aparılmasını və rəsmiləşdirilməsinə iştirak edir
  • Məhsul hərəkətinə dair sənədlərin düzgün tərtib edilməsində iştirak edir
  • Məlumat bazasına daxil edilən məhsulların mərkəzi anbar tərəfindən qəbul olunması və aidiyyəti üzrə göndərilməsi prosseslərinə dəstək göstərir

Geri qaytarma əməliyyatlarının və itkilərin izlənməsi və bərpasının təmin olunması

  • Geri qaytarılma əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun icrasına köməklik göstərir
  • Geri qaytarma sənədlərinin düzgün rəsmiləşdirilməsi mərhələsində iştirak edir
  • Aşkar olunmuş itkilərin maddi-məsul şəxslər tərəfindən qarşılanmasında iştirak edir
  • İtkilərlə bağlı sənədlərin və izahatların toplanmasına köməklik göstərir

Qida sektoru üzrə yoxlamalar

  • Qida sektorunda mədaxil qaimələrini və ödənişləri üzləşdirərilməsinə köməklik göstərir
  • Qida sektoru üzrə aşkar edilmiş fərqləri və uyğunsuzluqları aidiyyəti üzrə bildirir

Hesabatlılıq və izləmə

  • Yoxlama nəticələrinin sistemləşdirilməsinə və birbaşa rəhbərə təqdim edilməsi prossesinə köməklik göstərir
  • Aşkar edilmiş uyğunsuzluqların qeydiyyatının aparılmasında və onların aradan qaldırılması prosesində iştirak edir
  • Malların hərəkəti və ödənişlərə nəzarətində iştirak edir.
  • Satış, endirim, depozit, vauçer və geri qaytarma əməliyyatlarının yoxlanılmasına dəstək göstərir
  • İtkilərlə bağlı uyğunsuzluqların aşkar edilməsində iştirak edir

Tələblər

Professional biliklər:

  • MS Office (xüsusilə Excel) proqramları ilə işləmək bacarığı.
  • 1C, ERP, POS, mağaza/satış, anbar və ya oxşar məlumat bazası sistemlərin bilikləri arzuolunandır
  • Satış, mağaza əməliyyatları, POS/ödəniş əməliyyatları, endirimlər, geri qaytarma, məhsul hərəkəti və/və ya anbar/inventar prosesləri üzrə ümumi anlayış bilikləri arzuolunandır.

Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibatlıq, audit, biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür).

İş təcrübəsi:

  • Satış, ödəniş, depozit/vauçer, endirim, məhsul qəbulu/transferi, geri qaytarma sənədləri və ya yoxlama/audit dəstəyi üzrə təcrübə arzuolunandır.

Professional bacarıq və kompetensiyalar:

  • Analitik düşüncə
  • Məsuliyyət
  • Məxfilik və obyektivlik
  • Sənədlərlə dəqiq işləmə bacarığı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

SOC Sinteks Group of Companies
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət

Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…

Similar jobs

See all
Apply