Kabel və Konnektor üzrə montajçı texnik
About this role
Təsvir
· Fərqli növ kabel və konnektorların peşəkar şəkildə lehimlənməsi, yığılması və montaj işlərinin aparılması;
· Test avadanlıqlarının kabel qoşulmalarının (naqillərinin) sxemlərə uyğun qurulması;
· Kabel paketlərinin (wiring harnesses) texniki təlimatlara uyğun hazırlanması və quraşdırılması;
· PCBA (çap dövrə lövhələri) üzərində zəruri hallarda köməkçi lehimləmə və komponentlərin montajı və sökülməsi işlərinin icrası;
· Çoxsaylı layihələrin və yerinə yetirilməli hədəflərin olduğu dinamik və gərgin mühitdə komanda ilə çevik şəkildə işləmək.
Tələblər
· Orta və ya texniki peşə təhsili;
· Kabel pakı (wiring harnesses) və kabellərin/konnektorların lehimlənməsi sahəsində 3 il iş təcrübəsi;
· Hərbi sistemlər üçün kabel qoşulmalarının qurulmasında və montajında texnik kimi təcrübə üstünlükdür;
· Çertyojları sərbəst oxumaq, elektrik, naqilləndirmə və elektron sxemləri anlamaq biliyi;
· IPC/WHMA-A-620 (Kabel qoşulmalarının qəbuledilmə standartları) və ya IPC610 standartları üzrə sertifikat (üstünlükdür);
· Texniki sənədlərlə və çertyojlarla işləyə bilmək üçün yaxşı səviyyədə texniki ingilis dili biliyi;
· İstehsalat sahəsindəki fərqli iş stansiyaları və şöbələr arasında çevik yerdəyişmə qabiliyyətinə malik olmaq.
"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat…