VMFVMF

Kamera Qarşısında Aparıcı / Video Kontent üzrə Mütəxəssis

Posted 2 w ago Source: azvak.az ↗
Marketing
Monthly salary
Salary negotiable
Application deadline
10 iyul 2026

About this role

İş qrafiki: Tam iş günü

İş yeri: Bakı şəhəri

İşin Təsviri

  • VMF brendinin rəqəmsal platformalarda təmsil olunması üçün kamera qarşısında sərbəst çıxış edə bilən, kreativ düşüncəli və dinamik video kontentlər hazırlaya bilən komanda üzvü axtarılır. Namizəd brendin sosial media üzlərindən biri kimi çıxış edərək məhsulların (saat və aksesuarlar) müasir və satışyönümlü şəkildə təqdim edilməsini həyata keçirəcək.

 ​​​​​Əsas Vəzifə və Öhdəliklər

  • TikTok, Instagram Reels və YouTube Shorts üçün kreativ video ideyalarının hazırlanması və icrası

  • Kamera qarşısında aparıcı və ya təqdimatçı qismində çıxış edərək məhsulların təqdim olunması

  • Video çəkilişlərin aparılması və mobil montaj proqramları (CapCut və s.) vasitəsilə montaj edilməsi

  • Sosial media trendlərinə uyğun kontentlərin hazırlanması və brend imicinin qorunması

  • Influencer və partnyorlarla birgə video layihələrin həyata keçirilməsi

  • Məhsul təqdimatı vasitəsilə satışların artırılmasına dəstək göstərilməsi

Tələblər 

  • Kamera qarşısında sərbəst, enerjili və inamlı çıxış bacarığı

  • Video çəkiliş və mobil montaj üzrə təcrübə

  • TikTok və Instagram trendləri üzrə yaxşı bilik

  • Azərbaycan dilində səlis və təsirli nitq qabiliyyəti

  • Kreativ düşüncə və satış yönümlü yanaşma

  • Portfolioda video nümunələrinin olması üstünlükdür

  • Bəy namizəd olması mütləqdir

Biz Nə Təklif Edirik

  • Namizədin bilik və bacarıqlarına uyğun əmək haqqı

  • VMF-in premium məhsulları ilə işləmək imkanı

  • Yaradıcılığın sərbəst ifadə olunması üçün imkan

  • Gənc və dinamik iş mühiti

 Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

VMF
VMF
Topdansatış və pərakəndə ticarət

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin…

Similar jobs

See all