Agro-West DC MMC Katric dolumu üzrə mütəxəssis
About this role
Agro-West DC MMC-dən vakansiya: Katric dolumu üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Printer katriclərinin dolumu və texniki xidmətinin həyata keçirilməsi;
– Müxtəlif marka və modellər üzrə katriclərin diaqnostikası və təmiri;
– Katric hissələrinin (baraban, maqnit valı və s.) yoxlanılması və dəyişdirilməsi;
– Printer və katriclərin təmizlənməsi və işlək vəziyyətdə saxlanılması;
– İstifadə olunan materialların uçotunun aparılması;
– Ehtiyat hissələri və materiallar üzrə stok nəzarətinin aparılması;
– Təchizat üçün lazım olan məhsulların vaxtında sifarişinin verilməsi;
– Görülən işlər üzrə hesabatların hazırlanması.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Texniki sahədə iş təcrübəsi arzuolunandır;
– Printer və katric mexanizmləri üzrə baza bilikləri;
– Komandada işləmək bacarığı;
– Məsuliyyətli və diqqətli olmaq;
– Operativ və öyrənməyə açıq olmaq
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Bakı şəhəri, Bakıxanov qəs., Bəşir Bünyadov küç. 12
– Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000-1200 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Katric dolumu üzrə mütəxəssis” yazaraq [email protected] epoçt ünvanına ya da (055)400-44-84 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
