Keyfiyyət Meneceri
Posted 14 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə Təsviri:
- Müştəri Xidmətləri üzrə Keyfiyyətə Nəzarət Meneceri müştəri kommunikasiyalarının şirkət standartlarına və tənzimləyici tələblərə uyğunluğunu təmin edən keyfiyyət proseslərinə rəhbərlik edir.
Vəzifə Öhdəlikləri:
- Müştəri kommunikasiyalarının yüksək standartlara uyğunluğunu təmin etmək məqsədilə keyfiyyət siyasətləri, proses və prosedurlarının hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi
- Keyfiyyət məqsədlərinin və performans göstəricilərinin (benchmark) müəyyən edilməsi
- Komanda üzvlərinin mütəmadi performans qiymətləndirilməsinin aparılması və konstruktiv rəy verilməsi
- Zənglərin, e-poçtların və çat yazışmalarının monitorinqi və qiymətləndirilməsi
- Keyfiyyət üzrə məlumatların və hesabatların təhlili, trendlərin və inkişaf sahələrinin müəyyən edilməsi
- Təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və digər departamentlərlə əməkdaşlıq çərçivəsində korrektiv tədbirlərin həyata keçirilməsi
- Qiymətləndirmə nəticələrinə əsasən təlim proqramlarının hazırlanması və keçirilməsi üçün Təlim Mərkəzi ilə əməkdaşlıq
- Şirkətin digər bölmələri ilə sıx əməkdaşlıq edərək vahid keyfiyyət yanaşmasının tətbiqi
- Keyfiyyət göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və davamlı inkişaf təşəbbüslərində iştirak
Tələblər:
- Contact Center sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il keyfiyyət və ya rəhbər vəzifədə təcrübə
- Performans məlumatlarının təhlili, trendlərin müəyyən edilməsi və inkişaf strategiyalarının hazırlanması üzrə inkişaf etmiş analitik bacarıqlar
- Contact Center keyfiyyət alətləri, CRM sistemləri və Microsoft Office proqramlarında işləmə bacarığı
- Proses və prosedurların hazırlanması və optimallaşdırılması sahəsində təcrübə
- Problemlərin həlli və qərarvermə bacarıqları
- Detallara yüksək diqqət və keyfiyyət standartlarına riayət
- Yüksək etik standartlar və dürüstlük
- Strateji düşünmə və keyfiyyət təşəbbüslərini biznes məqsədləri ilə uyğunlaşdırmaq bacarığı
- Dəyişən biznes tələblərinə uyğunlaşma çevikliyi
Dil bilikləri:
- Azərbaycan dili – mükəmməl səviyyədə
- Rus dili – yaxşı səviyyədə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
NBCO KredAqro
Maliyyə və sığorta fəaliyyəti
KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə…