OM OBA Market MMCOBA Market MMC

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Qeyri-Ticari Malların Qəbulu)

Bakı Posted 2 h ago Source
Full-time Engineering
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Şirkətə daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər, metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və digər qeyri-ticari malların qəbul zamanı keyfiyyətə uyğunluğunu yoxlamaq;
  • Malların satınalma sifarişləri, müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri və təsdiq edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
  • Məhsulların ölçülərini, texniki göstəricilərini, komplektliyini, funksionallığını, markalanmasını və fiziki vəziyyətini yoxlamaq;
  • Təchizatçılar tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq;
  • Aşkar edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq aktları hazırlamaq, sübut bazasını (foto, video və s.) formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
  • Təchizatçıların keyfiyyət göstəricilərini izləmək, təkrarlanan uyğunsuzluqları analiz etmək və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
  • Tikinti materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Aylıq keyfiyyət göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar hazırlamaq və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək;

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Keyfiyyətin idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
  • Tikinti materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tikinti materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri barədə biliklər;;
  • ISO 9001 və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər üstünlük hesab olunur;
  • ERP sistemləri (SAP, Logo, Oracle, 1C və ya digər) ilə işləmək təcrübəsi;
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək (üstünlük);
  • Analitik düşünmə, detallara diqqət və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı;
OM OBA Market MMC
OBA Market MMC

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə…

Similar jobs

See all
Apply