Eden Agro MMC Kiçik Auditor
About this role
İş şəraiti
Struktur: Daxili Audit Departamenti
Birbaşa rəhbər: Daxili Audit Meneceri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
Audit yoxlamalarının nəticələrini Daxili audit şöbəsinin standartlarına uyğun olaraq sənədləşdirir;
Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.
Vəzifə tələbləri:
Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi
Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
Biznes proseslərin analizi metodlarının tətbiqi;
Test üsulundan istifadə edərək məlumatın yoxlanılması bacarığı;
Müsahibələrin keçirilməsi bacarığı;
Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Problemləri həll etmə bacarıqları;
Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
Stress altında çalışmaq bacarıqları;
Azərbaycan, İngilis səlis ( Rus dili – Arzu olunandır)
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Kiçik Auditor” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…