Titan Group Kiçik Hüquqşünas
About this role
Şirkətimizə hüquqi məsələlərin icrasında dəstək göstərəcək məsuliyyətli və inkişaf yönümlü Kiçik Hüquqşünas tələb olunur.
Vəzifələr:
Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
Hüquqi araşdırmalar aparmaq və rəy hazırlamaq;
Məhkəmə və dövlət orqanları üçün sənədlərin hazırlanmasına dəstək vermək;
Hüquqi sənədlərin qeydiyyatı və arxivləşdirilməsini həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqları yerinə yetirmək.
Tələblər:
Hüquq üzrə ali təhsil;
Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dili bilikləri üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə,
Şənbə və Bazar istirahət günləri;
Nahar şirkət tərəfindən təmin olunur;
Korporativ nömrə şirkət tərəfindən təqdim edilir;
Əmək haqqı: 700 AZN (net).
Ünvan Suraxanı rayonu Binə qəsəbəsi
Maraqlanan namizədlər CV-lərini [email protected] trelektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
