M
- Category
- Finance
About this role
Vəzifələr və məsuliyyətlər:
- Şirkətin daxili prosedur və qaydalarına uyğun olaraq kredit proseslərinin icrasını təmin etmək;
- Kredit müraciətlərinin təhlili və qiymətləndirilməsi prosesində iştirak etmək;
- Müştərilərlə bağlanılan kredit müqavilələrinin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək;
- Müvafiq məlumatları 1C proqramına düzgün və vaxtında daxil etmək;
- Müştəri portfelinin ödəniş intizamına nəzarət etmək və gecikmələrin izlənilməsini təmin etmək;
- Müştərilərə kredit məhsulları və şərtləri barədə məlumat vermək;
- Hesabatların hazırlanmasında və məlumatların sistemləşdirilməsində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələb edilən bacarıqlar və təhsil:
- Maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- İş təcrübəsi tələb olunmur;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Elektronika və texniki məhsullar üzrə bilik və marağın olması üstünlükdür.
İş şəraiti
- Əmək haqqı: 400–500 AZN (gross) + bonus
- İş qrafiki: 6 günlük iş qrafiki, iş saatları 11:00-20:00
- İş yeri: Bakı şəhəri, 28 May, Bülbül prospekti
- Şirkət: My Group Holding / My Mobile MMC
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Kiçik kredit mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.