Mazarina Trade Company MMC Köməkçi (Anbar mallarının daşınması üzrə) kişi
About this role
Əmək haqqı: 600 manat
Vəzifələri:
Avtomobillərin təmizliyinə nəzarət etmək;
Hər hansı bir obyektdə problem çıxdığı halda bu barədə şöbə müdirinə məlumat vermək;
Ərazidə iş bitdikdən sonra anbara gəlib növbəti günün sifarişləri yoxlayaraq nəqliyyat vasitəsinin bortuna yükləməkdə sürücü-təslimatçıya kömək etmək;
Xarici görkəm standartlarına riayyət etmək;
Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək;
Satış müdirinə və şöbə müdirinə mütəmadi məlumat və hesabat vermək;
Nəqliyyat vasitələrinin texniki göstəricilərinə mütəmadi nəzarət etmək, əraziyə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin sazlığını qarajda yoxlamaqda sürücü-təslimatçıya kömək etmək;
Müəyyən olunmuş ərazi üzrə malları paylamaqda sürücü-təslimatçıya kömək etmək;
Məhsulun təhvili bitəndən sonra sürücü-təslimatçıyla birbaşa bazaya qayıtmaq;
İstənilən qayda pozuntusu – texniki nasazlıq, təslimat prosesinə mane olan digər hallar zamanı dərhal sürücü-təslimatçıya məlumat vermək;
Nəqliyyat vasitəsinin və nəqliyyat vasitəsinin bortunda olan malın sazlığına və tamlığına görə məsuliyyət daşıyır;
"Köməkçi" qeyd edib Müraciətinizi [email protected] e-mail adresinə yaza bilərsiniz.
