Xırman Kommersiya Direktoru
Work mode Full-time Experience 5+ years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Satış, marketinq və müştəri münasibətləri proseslərini idarə etmək;
- Satış hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və yeni inkişaf imkanlarını müəyyən etmək;
- Gəlirlərin və mənfəətliliyin artırılması üçün tədbirlər planı hazırlamaq;
- Kommersiya büdcəsinin hazırlanması və idarə olunmasını təmin etmək;
- Satış komandalarının fəaliyyətini qiymətləndirmək və inkişaf etdirmək;
- Müştərilər, distribyutorlar və strateji tərəfdaşlarla danışıqlar aparmaq;
- Kommersiya göstəricilərinin (satış, marja, bazar payı və s.) təhlilini həyata keçirmək və rəhbərliyə hesabat təqdim etmək;
- CRM və digər kommersiya sistemlərinin effektiv istifadəsini təmin etmək.
- Satış və marketinq performansının mütəmadi analizi və KPI-lar əsasında hesabatlılığın təmin edilməsi;
- Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi.
Xüsusi tələblər
- Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Kommersiya, satış və ya biznesin inkişafı sahəsində minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi;
- FMCG, qida və ya istehsalat sektorunda təcrübəyə üstünlük verilir;
- Strateji planlaşdırma və komanda idarəetmə bacarığı;
- Maliyyə göstəricilərini və satış analitikasını oxumaq və təhlil etmək bacarığı;
- Azərbaycan dili sərbəst, rus dili və ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
- Liderlik və qərarvermə bacarığı;
- Güclü ünsiyyət və təqdimat qabiliyyəti;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Danışıqlar aparmaq və komandaya motivasiya vermək bacarığı.
X 

Xırman
Emal sənayesi