PPM
PASHA Property Management

Kommunikasiya və İşçi Bağlılığı üzrə Baş Mütəxəssis

Bakı Posted 5 h ago Source: glorri.az ↗
Monthly salary
Salary negotiable
Apply
Work mode
Full-time
Experience
career-levels.prof
Category
HR

About this role

Təsvir

PAŞA Property Management “Kommunikasiya və işçi bağlılığı üzrə baş mütəxəssis ” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


Əgər siz:

  • Korporativ elanlar, xəbərlər, xəbər bülletenləri (newsletter) və kommunikasiya kampaniyalarını hazırlayır;
  • İşçi məşğulluğu proqramlarını, sosial tədbirləri və korporativ fəaliyyətləri təşkil edir;
  • İşçi Təcrübəsi (Employee Journey) və onboarding (işə adaptasiya) proseslərini dəstəkləyir;
  • Əməkdaş məmnuniyyəti və məşğulluğu üzrə sorğular keçirir;
  • Sorğu nəticələrini təhlil etmək və inkişaf tədbirləri üzrə fəaliyyət planlarının hazırlanmasında iştirak edir;
  • İşəgötürən brendinin (Employer Branding) inkişafına yönəlmiş fəaliyyətləri koordinasiya edir;
  • Uğur hekayələri və korporativ məzmun hazırlayır;
  • Müxtəlif layihələr üzrə kommunikasiya fəaliyyətlərini əlaqələndirir;
  • Rəhbərlik üçün hesabatlar və təqdimatlar hazırlayırsınızsa, müraciətinizi məmnuniyyətlə gözləyirik.

Tələblər

  • İnsan Resursları, Marketinq, İctimaiyyətlə Əlaqələr, Kommunikasiya və ya digər uyğun ixtisas üzrə bakalavr təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Yerli bazarda daxili kommunikasiya, işəgötürən brendi və ya işçi məşğulluğu sahəsində iş təcrübəsi;
  • Mavi yaxalı (blue-collar) əməkdaşlarla işləmə təcrübəsi üstünlük hesab olunur. 
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Tədbirlərin təşkili və koordinasiyası bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Təqdimatların hazırlanması və təqdim edilməsi bacarığı;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Rəqəmsal platformalar və kommunikasiya alətləri ilə işləmək bacarığı;
  • Süni intellekt (AI) alətləri və texnologiyalarından istifadə bacarığı. 

Similar jobs

: