Komplayens departamentinin Requlyativ uyğunluq şöbəsinin təcrübəçisi
About this role
Biz komplayens sahəsində peşəkar karyera qurmaq istəyən, hüquqi düşüncəsi güclü, araşdırma aparmağı sevən, məsuliyyətli və inkişaf potensialı yüksək olan gənc istedadlar axtarırıq.
+ ' ' +- Hüquqşünaslıq ixtisası üzrə ali təhsilə sahib olmaq;
- Hüquq, bank hüququ, maliyyə bazarları, korporativ idarəetmə və komplayens sahələrinə maraq göstərmək;
- Azərbaycan Respublikasının bank fəaliyyəti, maliyyə bazarları, ödəniş xidmətləri və digər aidiyyəti normativ-hüquqi aktları barədə ilkin biliklərə sahib olmaq;
- Normativ-hüquqi aktlar, daxili qaydalar və rəsmi sənədlərlə işləmək bacarığına malik olmaq;
- Analitik düşünmək, məlumatları araşdırmaq, müqayisəli təhlil aparmaq və nəticələri aydın şəkildə təqdim etmək bacarığına malik olmaq;
- Detallara diqqətli olmaq, məsuliyyətli yanaşmaq, öyrənməyə açıq olmaq və tapşırıqları vaxtında icra etmək bacarığına malik olmaq;
- Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də işləmək bacarığına malik olmaq;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq; ingilis dili biliyinə sahib olmaq (rus dili biliyi üstünlükdür);
- Bank, hüquq, komplayens, risklərin idarə edilməsi və ya daxili audit sahəsində təcrübəyə sahib olmaq (üstünlükdür).
· İnkişaf imkanları
· Rəqabətli əmək haqqı və bonuslar
· Yüksək təminatlı sığorta
· Dəstəkləyici mühit
· Visa Premium əmək haqqı kartı
· Korporativ endirimlər
· Korporativ tədbirlər
· Əlavə məzuniyyət
· Güzəştli təhsil və işçi kredit
+ ' ' +• Bankın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda baş verən dəyişikliklərin araşdırılmasında və onların Bankın fəaliyyətinə mümkün təsirlərinin ilkin təhlilində iştirak etmək;
• Yeni və ya dəyişdirilmiş requlyativ tələblər üzrə məlumatların toplanması, sistemləşdirilməsi və aidiyyəti struktur bölmələr üçün xülasələrin hazırlanmasına dəstək göstərmək;
• Requlyativ tələblərin Bankın daxili normativ sənədləri, məhsulları, xidmətləri və biznes prosesləri ilə müqayisəli təhlilində iştirak etmək;
• Aidiyyəti struktur bölmələrdən daxil olan məlumatları toplamaq, emal etmək və requlyativ uyğunluq baxımından ilkin təhlil aparmaq;
• Bankla maliyyə bazarlarının tənzimləyicisi arasında aparılan yazışmaların və rəsmi müraciətlərin icra statusunun izlənilməsində dəstək göstərmək;
• Requlyativ risklərin monitorinqi üzrə hesabatların hazırlanmasında, aşkarlanmış risklər üzrə məlumatların sistemləşdirilməsində və risk sahibləri ilə kommunikasiyada iştirak etmək;
• Komanda ilə effektiv əməkdaşlıq etmək, struktur bölmələrlə kommunikasiya qurmaq və məlumatların hazırlanmasına dəstək göstərmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…