ABS Partner MMCABS Partner MMC

Korporativ Hüquqşünas

Posted 1 d ago Source
Legal
Monthly salary
Salary negotiable
Application deadline
31 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

ABS Partner MMC hüquq sahəsində təcrübəli və məsuliyyətli Korporativ Hüquqşünas axtarır. Namizəddən qanunvericilik bilikləri, analitik düşüncə və komandada işləmək bacarığı tələb olunur.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş yeri: Çinar Park Biznes Mərkəzi

Tələblər:

  • Hüquq üzrə ali təhsil
  • Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi (Logistika, istehsalat və xidmət sahələrində təcrübə arzuolunandır)
  • Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;
  • Müqavilə hüququ, Əmək, Mülki, Miqrasiya və Vergi Məcəllələri üzrə biliklər
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizası sahəsində təcrübə
  • Azərbaycan qanunvericiliyini dərindən bilmək
  • Analitik düşüncə və hüquqi riskləri qiymətləndirmə bacarığı
  • Komandada və müstəqil işləmək qabiliyyəti
  • İngilis dili biliyi – minimum B2 səviyyəsi (xüsusilə sənədlərlə iş və yazışmalar üçün)

Vəzifə öhdəlikləri:

  • Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin dövlət qeydiyyatına alınması (o cümlədən hüquqi ünvanın dəyişdirilməsi, təsisçi və ya direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnamə və ya əsasnaməyə edilən digər dəyişikliklər);
  • Korporativ idarəetmə üzrə hüquqi dəstəyin göstərilməsi;
  • Tələb olunan korporativ və hüquqi sənədlərin hazırlanması və toplanması;
  • Müqavilələrin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Bütün növ əqdlər, o cümlədən beynəlxalq müqavilə və sazişlər üzrə hüquqi rəyin verilməsi;
  • Müvafiq fəaliyyət sahələri üzrə lisenziya və icazələrin alınmasının hüquqi müşayiəti;
  • Əmtəə nişanlarının qeydiyyatı;
  • Əqli mülkiyyət hüquqlarının qorunması (əmtəə nişanları, müəllif hüquqları və s.);
  • Hüquqi risklərin təhlili və risklərin idarə olunması strategiyasının hazırlanması;
  • Hüquqi məsləhət xidmətlərinin göstərilməsi;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların düzgün tətbiqinə nəzarətdə iştirak;
  • Məhkəmə işlərinə nəzarət və prosessual müşayiət;
  • Dövlət orqanları ilə münasibətlərdə hüquqi təmsilçilik;
  • Müvafiq dövlət orqanları ilə danışıqların aparılması;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların hazırlanması və həyata keçirilməsi;
  • Tərəfdaşlar və üçüncü şəxslərlə hüquqi yazışmaların aparılması;
  • Danışıqlar prosesində hüquqi mövqenin formalaşdırılması və müdafiəsi.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Zəhmət olmasa, minimum əmək haqqı gözləntinizi qeyd edin.

ABS Partner MMC
ABS Partner MMC

Similar jobs

See all
Apply