Fateh Construction Korporativ Satış Mütəxəssisi
About this role
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü (5 gün)
İş saatları: 09:00 – 18:00
Nahar fasiləsi: 13:00 – 14:00
Vəzifə öhdəlikləri
Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
Tikinti layihələri, tikinti materialları və şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;
Dövlət və özəl müəssisələr, tikinti şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması;
Müştərilərin ehtiyaclarının təhlil edilməsi, uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
Satış prosesinin bütün mərhələlərinin (sorğu, qiymət təklifi, müqavilə, sifariş və icra) koordinasiya olunması;
Müştərilərdən daxil olan sorğuların qəbul edilməsi, qeydiyyatı və operativ cavablandırılması;
Satış müqavilələrinin hazırlanmasına, imzalanmasına və icrasına nəzarət etmək;
Bazarın və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək, rəhbərliyə inkişaf üzrə təkliflər təqdim etmək;
Aylıq, rüblük və illik satış hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək;
Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər
Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi;
Tikinti sektoru və ya tikinti materiallarının satışı sahəsində təcrübə üstünlükdür;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;
Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı;
Şəxsi keyfiyyətlər
Ünsiyyətcil və təqdimat bacarığı yüksək;
Aktiv, çevik və təşəbbüskar;
Danışıqlar aparmaq və inandırmaq bacarığı;
Məsuliyyətli və intizamlı;
Müştəriyönümlü yanaşma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
